Əsas Səhifə > Siyasət, Güney Press, Manşet > Babək Zəncani Azərbaycanla bağlı şok açıqlamalar verdi
Babək Zəncani Azərbaycanla bağlı şok açıqlamalar verdi7-01-2014, 09:26 |
DİA.AZ: - Qardaş Türkiyədə həyata keçirilən «Böyük Rüşvət» əməliyyatı çərçivəsindəki həbslər Azərbaycanda da böyük rezonansa səbəb oldu ki, bu da daha çox həbs olunanlar arasında soydaşlarımızdan birinin yer alması ilə əlaqədar idi. Əslən Güney Azərbaycandan olan tanınmış iş adamı Rza Zərrabın «əmrləri İrandan və Azərbaycandan aldım» şəklində istintaqa ifadə verməsi isə Bakının diqqətini qeyd olunan olaylara daha da yönəltmiş oldu. DİA.AZ-ın Türkiyə mətbuatından əldə etdiyi bilgilərdən aydın olur ki, Azərbaycanın adı təkrarən hallandırılır və bu da Rza Zərrabın Bakıdakı ortaqlarının olmasından xəbər verməkdədir. Xatırladaq ki, Rza Zərrabın Azərbaycanda bir neçə nüfuzlu məmurla iş ortağı olması barədə mətbuatda ciddi ittihamlar da səslənib. Son olaraq isə Azərbaycanın adını Rza Zərrabın İrandakı ortaqlarından olan və bu günlərdə həbsə atılan iş adamı Babək Zəncani çəkib. Onun bildirdiklərindən belə anlaşılır ki, Babək Zəncani Bakıdan və Ankaradan aldığı dəstək hesabına İrana qarşı ABŞ tərəfindən tətbiq olunan embarqonu yarmağa müvəffəq olub. Bu barədə özünün «facebook» səhifəsində tutulmamışdan əvvəl status paylaşan Babək Zəncani yazır ki, İran Mərkəzi Bankına və İran Milli Neft Şirkətinə tətbiq olunan sanksiyalara rəğmən, o, bu embarqonu yarmağa müvəffəq olub və nəticədə İran dövlətinə böyük həcmdə pullar qazandırıb. Zəncani «Gerçək nədir» başlıqlı statusunda yazır ki, embarqonu dələrkən öz şirkətlərini və xaricdəki əməkdaşlıq etdiyi şirkətləri qara siyahıya düşmə təhlükəsi ilə üz-üzə qoyma risqini yaşayıb: «Əgər Amerikanın əlinə düşsəydim, indi özümü Quantanomada görərdim». Yəni Babək Zəncani ABŞ-ın İrana qarşı siyasətinə belə bir həcmdə ziyan vurduğunu etiraf edir. Yazısında «Həbs olunsam, İran Efiopiyaya dönər» deyə yazan Zəncani etiraf edir ki, İran Mərkəzi Bankına və Neft nazirliyinə embarqoya rəğmən 2 milyard dollar həcmində pul köçürməyə nail olub: «Amma bəzi çevrələr yaranmış situasiyadan əleyhimə istifadə edərək, mənimlə şəxsi haqq-hesablarını çürüdürlər». Daha sonra Zəncani yazır: «Amerika bu pulların İrana girməsini istəmirdi. Amma mən bunu bacardım. Şirkətlərimini, ortaqlarımın risq altına düşməsinə rəğmən, hətta Avropaya səfərlərimə qadağa qoyula biləcəyini göz önünə alaraq mən bu risqin altına girdim. İndi məclisdəki deputatlardan soruşuram: Hansı iş adamı dünyanın hər yerində bank hesablarına qadağa qoyulacağını billə-bilə, mallarının müsadirə olunacağını dərk edərək belə bir risqə qol qoyardı?» Onu da xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının və Amerika Birləşmiş Ştatlarının İrana tətbiq etdiyi sanksiyaları yararaq Türkiyəyə qızıl qarşılığında neft və təbii qaz satmağa müvəffəq olan məşhur iş adamlarından olan Babək Zəncani keçən həftə İran prezidenti Ruhaninin təlimatı ilə həbsə atılıb. Və ən maraqlı olanı isə odur ki, hələ də rəsmi Bakı Rza Zərrabın və Babək Zəncaninin Azərbaycandakı əlaqələri ilə bağlı hər hansı izahat xarakterli açıqlamada bulunmayıb. Geri qayıt |