Əsas Səhifə > Siyasət, Manşet > Səlim Müslümov daha bir gənc kadrı yola salır

Səlim Müslümov daha bir gənc kadrı yola salır


5-01-2014, 11:57
Səlim Müslümov daha bir gənc kadrı yola salır
DİA.AZ: - “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün önəmli olan bilavasitə insanlarla yerlərdə işləyən kadrlardır. Ona görə tapşırıq vermişəm ki, əsəsən bizim yerli şöbələrimizin rəhbərləri dövlət qulluğuna qəbulla bağlı müsabiqədən keçən gənc kadrlarla əvəz olunsun”.

Xatırladaq ki, bunu keçən ilin son günlərində, konkret olaraq 30 dekabr 2013-cü il tarixində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərin sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, gənc kadrların hər birinin bir ildən sonra mərkəzi aparata transfer olunmaq şansları var. Nazir qeyd edib ki, bu gün ən vacib olan məsələ insanlarla daima, gündəlik təmasda olacaq nazirlik əməkdaşlarının belə gənclərlə əvəzlənməsidir: “Buna görə də ilk növbədə biz regionlarda vətəndaşlarla daimi təmasda olan korpus heyətini yenidən formalaşdırmalıyıq. Bu prosesin nəticəsində kimlərin özünü daha yaxşı göstərdiyini görəcəyik. Sonradan isə onları vəzifədə irəliyə çəkmək imkanlarımız olacaq”.

Hər halda DİA.AZ olaraq bu açıqlamanı nazirin 2013-də qalan son zarafatı kimi qəbul etmək istəyirik. Səbəbləri var. İlk olaraq nazirin gənc kadrlara verdiyi ümid dolu vədə nəzər salaq. Səlim Müslümov onlara bildirir ki, hər bir gənc kadrın mərkəzi apparata transfer olunma şansı var. Bundan əvvəl isə nazir boşalan vəzifələrə gənc kadrların təyin ediləcəyini vəd edir.

Olsun, nə deyirik ki… Amma bir məsələ də var. Səlim Müslümov nazir postuna təyin olunduqdan sonra mərkəzi aparatdan ancaq gəncləri çıxarıb. Yəni keçmiş nazir Fizuli Ələkbərovun dövründə təmənnasız şəkildə nazirlikdə yüksək vəzifə tutan bütün kadrlar Səlim Müslümov gələndən dərhal sonra vəzifələrindən alındı. Yəni buradan da görmək olar ki, yeni nazirimiz gəncləşdirmə siyasətinə tam olaraq ayaq uydurur…. Amma tərs yöndən…

Belə bir şəraitdə nazirin «gənc kadrlar işə alınacaq», «gənc kadrların mərkəzi apparatda vəzifə alma şansları var» kimi açıqlamaları da absurd görünür. Çünki ortalıqdakı reallıq bunun əksini söyləyir.

DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, Səlim Müslümov yeni il ərəfəsində bu vədi ilə yanaşı, Fizuli Ələkbərovun dövründə vəzifə tutmuş və hazırda da nazirlikdə vəzifədə olan kadrlardan birinə də xəbərdarlıq edib. Bu barədə məlumatı verən mənbə iddia edir ki, həmin gənc kadra bir ay vaxt verilib. Yəni bir aydan sonra onun yerinə başqası təyin olunacaq.

Bazar olsun…

Geri qayıt