Əsas Səhifə > Siyasət, Manşet > İqtidariçi qruplaşmaların çöküş ili…

İqtidariçi qruplaşmaların çöküş ili…


2-01-2014, 15:09
İqtidariçi qruplaşmaların çöküş ili…
DİA.AZ: - Bu gün hər kəsi bayramdan sonra gözlənilən dəyişikliklər maraqlandırır ki, bu da təbiidir. Söhbət məmur korpusunun tərkibində planlaşdırılan yeniliklərdən gedir. Bu barədə DİA.AZ-ın əldə etdiyi informasiyalardan da bəlli olur ki, təkcə Nazirlər Kabinetinin strukturlarında deyil, həmçinin digər dövlət qurumlarında, xüsusən də icra başçıları ilə bağlı müstəvidə ciddi islahatlar həyata keçiriləcək.

Mənbənin söylədikləri: «Bu yeni il bir çoxları üçün sürprizlərlə dolu olacaq. Ciddi dəyişikliklər planlaşdırılır. Hakimiyyət demək olar ki, artıq beynəlxalq dairələrlə problemlərini yoluna qoyub. Yəni «ümumi ortaq dil tapılıb». Tək qalanı iqtidarın öz daxilində islahatların həyata keçirilməsidir. Bu, bir zərurətdir. Çünki hakimiyyət hazırki halı ilə ləngər vururmuş kimi təəssüratı bağışlayır.

Nə etsən də, bu gün qrup maraqlarından çıxış edən yetərincə məmurlar var. Yəni iqtidar daxilində qruplaşmalar var və bu da üst düzəyin maraqları ilə ziddiyyət təşkil edir. İstənilən bir qrupp marağının varlığı mərkəzdənqaçmaya gətirib çıxardığından, hakimiyyət üçün arzuolunan deyil».

Mənbəmiz iddia edir ki, məhz gözlənilən dəyişikliklərdə də qruplaşmalara ciddi zərbə vurulacaq: «Hətta hər kəsin bu gün hakim düşərgə üün həlleidici fiqur kimi qəbul etdiyi məmurlar belə hədəfə çevriləcək. Bu istiqamətdə çoxdan tədarüklər görülür və yeni ildə əsas addımlar atılacaq».

Mənbə xatırladır ki, İlham Əliyev prezident seçildiyi ilk illərdə əsas hədəf kimi regional zəmin qruplaşmaları seçdi: «Yəni bu gün faktiki olaraq hakimiyyətdə hansısa regionun ağırlığı mövcud deyil. Artıq hansısa ləhcə və yaxud da şivənin hökmranlığı mövcud deyil. İndi isə sıra şəxsiyyətlər ətrafındakı qruplaşmaların dağıdılmasına yetişib. Və bütün dəyişikliklər, hətta hansısa icra başçısının vəzifəsindən alınması belə məhz qeyd etdiyimiz mahiyyətə uyğun şəkildə həyata keçiriləcək».

Geri qayıt