Əsas Səhifə > Siyasət, Güney Press, Manşet > Yeni ildə hansı məmurların kürsüsü boş qalacaq?

Yeni ildə hansı məmurların kürsüsü boş qalacaq?


30-12-2013, 11:45
Yeni ildə hansı məmurların kürsüsü boş qalacaq?
Ziya Məmmədov, Hacıbala Abutalıbov və Azad Rəhimovun adları siyahının başında gəlir

DUA.AZ: - Azərbaycan hakimiyyəti yeni ildə bəzi məmurlarla yollarını ayırmağı qətiləşdirib. Həmin sırada adları olanların arasında iki nazir və bir merin olduğu isə tam dəqiqdir. DİA.AZ bildirir ki, bu barədə jam.az xəbər yayıb. Portala məlumat verən mənbənin bildirdiyinə görə, istefaya göndəriləcək şəxslərin məsələdən xəbərləri var və onlar sərəncamlarını gözləyirlər.

Həmin məlumatda deyilir ki, istefaya göndəriləcək məmurlardan biri nəqliyyat naziri Ziya Məmmədovdur. Uzun illərdir eyni posta hakim kəsilmiş bu şəxsin haqqında mövcud olan dosye isə o qədər şişib ki, yaxarı dairələr onu işdən çıxarmaqdan başqa çıxış yolu görməyiblər. Mənbənin iddiasına görə, nəqliyyat nazirinin «qara siyahı»ya düşməsinin ən başlıca səbəbi külli miqdarda pulu ümumi «kassa»dan gizlətməsidir.

İkinci məmur isə Gənclər və İdman naziri Azad Rəhimovdur. İş adamlığından nazir postuna qədər yüksələn bu şəxsin istefaya göndərilməsinin başlıca səbəbi onun işinin öhdəsindən gələ bilməməsidir. Həmçinin sözügedən dövlət məmurunun bəzi layihələri bərbad şəkildə həyata keçirməsi rəsmi qurumların hiddətinə səbəb olub.

Üçüncü istefa isə Bakı meri Hacıbala Abutalıbovla bağlıdır. JAM.AZ-a məlumat verən mənbə qeyd edib ki, Abutalıbovun işdən çıxarılması məsələsi xeyli əvvəldən qərarlaşdırılsa da, hər dəfə müəyyən səbəblərdən təxirə salınıb. Lakin onun hərəkətləri və yaratdığı problemlərdən dolayı hakimiyyətin çətin vəziyyətə düşmə hallarının çoxalması verilən qərarın icrasını zəruri edib.

Geri qayıt