Əsas Səhifə > Siyasət, Manşet > Ucarda Qarabağ Qazilərinə az qala `KATORQA İŞİ` təklif olunur...
Ucarda Qarabağ Qazilərinə az qala `KATORQA İŞİ` təklif olunur...15-07-2022, 08:24 |
DİA.AZ: - Ucar rayonunda yaşayan Vətən müharibəsi Qaziləri tərrəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Biz Vətən müharibəsində iştirak edib yaralanıb qazi olmuşuq.Bu müraciəti imzalayan biz qazilər hər birimiz ailəliyik himayəmizdə azyaşlı uşaqlarımız var. İşlə təmin olunmaq üçün Məşğulluq Mərkəzində qeydiyyata alınsaqda indiyə qədər işlə təmin olunmamışıq.Məşğulluq İdarəsi pul ala bilmədiyi şəxslərə iş yeri kimi Ucar rayonunun Alpout kəndində yerləşən Mərcan quşçuluq broylerini təklif edir.Orada iş saatı səhər saat 08-00-dan gecə saat 01-00 kimidir həmçinin orada olan nəmişlik üfunət iyinə görə işləmək bizim səhhətimizə uyğun deyil. Biz belə bir təklif irəli sürmək istəyirik ki, "DOST" İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında 65 yaşı tamam olan çoxlu sayda adam işləyir.Onlar həm qocalığa görə pensiya alırlar həmdə maaş.Biz isə himayəmizdə azyaşlı uşağı olan gənc qazilər işsizik, maddi çətinlik içində yaşayırıq.Zərurət var ki, həmin 65 yaşı tamam olub qocalığa görə pensiya alan insanlar işdən çıxarılsınlar bizi onların yerinə işə qəbul etsinlər. Bunun dövəlimizə, iqtisadiyyatımıza və büdcəmizə çox xeyri olacaq.Həmin adamlar qoca olduqları üçün işləyə bilmirlər. Həmçinin "DOST" İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında bir ailənin iki üzvü (ər və arvad) işləyir ki, onların 67 yaşları var həm qocalığa görə pensiya alırlar həmdə maaş alırlar.Biz isə neçə vaxtdır ki, işsiz kimi qeydiyyata alınmışıq ancaq işlə təmin edilməmişik.Cənab Prezidentin və nazir Sahil Babayevin xüsusi göstərişi var ki, ilk növbədə şəhid ailələri və qazilər növbədən kənar işlə təmin olunmalıdırlar.Ancaq Ucar rayonunda buna məhəl qoyan yoxdur.Çünki Ucar rayonunda məsul məzifəli şəxsləri prezidentin tapşırığı yox şəxsi maraqları düşündürür. Ucar rayon Kommunal Müəssisələri Kombinatında ağac sulayan, bağları ağacları qoruyan və sairə işlər var ki, orada işləmək bizim səhhətimizə çox uyğundur. Xahiş edirik bu təklifimizi nəzərə alıb "DOST" İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında işləyən 65 yaşı tamam olub qocalığa görə pensiya alan insanları işdən çıxarb bizi onların yerinə işə qəbul edilməyimizə köməklik göstərəsiniz". dia-az.life qeyd edir ki, müraciəti Vətən müharibəsi Qaziləri Vahidli Nahid Əlivahid oğlu və Cəfərov Vəli Musa oğlu imzalayıblar. Məsələ diqqətimizdədir. Əlaqədar qurumların münasibətini dia-az.life olaraq işıqlandırmağa hazırıq... Geri qayıt |