Əsas Səhifə > Siyasət, Manşet > `AAAF Park`ı yarıtdı, indi də Astaradan BOY GÖSTƏRİR...

`AAAF Park`ı yarıtdı, indi də Astaradan BOY GÖSTƏRİR...


14-07-2022, 08:32
`AAAF Park`ı yarıtdı, indi də Astaradan BOY GÖSTƏRİR...
Bir müddət öncə Astaranın Qamışlı kəndində dənizkənarı çimərliyin zəbt olunduğu barədə məlumat vermişdik. Ərazinin yerli icra və bələdiyyə qurumları tərəfindən satıldığı iddia edilirdi.

Astara sakini Ruslan Dadaşov "Feysbuk" hesabında yazmışdı ki, bələdiyyə sədri həmin əraziləri iş adamı Tofiq Heydərova satıb.

Yazıda adıkeçən Tofiq Heydərovun "AAAF Park"ın rəhbəri olduğu bildirilir.

Həmin vaxt "AAAF Park"dan məsələyə münasibət öyrənmək mümkün olmadı.

Qamışlı kənd sakinləri isə çimərliyin qanunsuz zəbt olunduğunu iddia edirlər.

DİA.AZ xəbər verir ki, "Arqument.az"ın əməkdaşı bu gün ərazidə olub.

Sakinlər bildiriblər ki, keçmiş bələdiyyə sədri Bəhram Əliyev külli miqdarda pul qarşılığında ərazini Tofiq Heydərova satıb.

Onların sözlərinə görə, bələdiyyə sədri əvvəlllər həmin ərazini özü zəbt edib istifadə edirmiş. Onun həmin əraziləri Astaranın keçmiş icra başçıları - Oqtay Abbasov və Mahir Quliyevdən saxta sərəncamla aldığı iddia olunur.

Oqtay Abbasovun ərazi ilə bağlı sərəncamı məhz ölkə başçısının onu işdən çıxardığı gün verilib.

Sakinlərin fikrincə, sonralar Bəhram Əliyev həmin ərazinin bir hissəsini keçmiş icra başçısı Mahir Quliyevin qudası nehrəmli Hacı İbrahimə hədiyyə edib. Bir müddət sonra isə Mahir Quliyev Biləsuvara icra başçısı təyi olunub, amma ərazi qudasında qalıb.

Mahir Quliyev həbs olunandan sonra isə bələdiyyə sədri həmin yerlərə yenidən əl qoyub və sonda Tofiq Heydərova satıb.

Bildirlir ki, bu ərazilər tarixən yerli əhalinin və rayona gələn qonaqların çimərlik yeri olub: "Hazırda ərazini qeyri-qanuni yollarla əldə edən Tofiq Heydərov sahili tam bağlı vəziyyətə salib, insanların çimərlikdən sərbəst istifadəsini məhdudlaşdırıb. O, çimərliyin yeganə giriş hissəsindən dənizə girişə "barrikadalar" qurub və hər kəsin dəniz çimərliyinə girişinə məhdudiyyətlər yaradıb".

Sakinlərin iddiaları ilə bağlı Tofiq Heydərovdan münasibət almaq mümkün olmayıb. Yazıda adıkeçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Ərazidə çəkdiyimiz fotoçəkilişləri təqdim edirik:

`AAAF Park`ı yarıtdı, indi də Astaradan BOY GÖSTƏRİR...
`AAAF Park`ı yarıtdı, indi də Astaradan BOY GÖSTƏRİR...
`AAAF Park`ı yarıtdı, indi də Astaradan BOY GÖSTƏRİR...
`AAAF Park`ı yarıtdı, indi də Astaradan BOY GÖSTƏRİR...
`AAAF Park`ı yarıtdı, indi də Astaradan BOY GÖSTƏRİR...

Geri qayıt