Əsas Səhifə > Siyasət, Manşet > DOST adı altında görülən DÜŞMƏN əməlləri
DOST adı altında görülən DÜŞMƏN əməlləri15-06-2021, 08:37 |
Sələfi 2 milyardlıq korrupsiya ittihamı ilə həbsdə olan, nazir olduğu 3 il müddətində heç də ondan geridə qalmayan, rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyini əhalinin sosial narazılığı nazirliyinə çevirən Sahil Babayevin fəaliyyəti əhalinin çoxluq təşkil edən həssas qismini dövlətdən incik salmağa hesablanıb. Özünün islahatçı imicini formalaşdırmaq üçün (bu barədə pafos baxımından Səlim Müslümovdan geridə qalır, necə deyərlər “emosiya” azdır) güclü piar kompaniyası aparsa da onun yenilikləri “qotur inək”dən və əlillərin narazılığından uzağa gedə bilmədi. Pandemiya dövründə 190 manat yardımı vermək üçün yaradılan süni maneələr, sosial yardımı almaq üçün formalaşdırılan "şirinlik" mexanizmi, əlilliyin müəyyənləşdirilməsi zamanı son zamanlar yaşanan narazılıqlar da S.Babayevin əmək kitabçasına yazılanların az bir qismidir. S.Babayevin “islahatları” ünvanlı sosial yardımı bu yardıma möhtac olanlar üçün əlçatmaz edib. Yardım almaq üçün alınan "şirinlik" (bu yardımın ilk 6 ayının götürülməsi deməkdir) indi daha modern-elektron müraciət forması işlənib hazırlanıb. Elə bir sistem yaradılıb ki, binəva vətəndaşın ona çatacaq yardımın ilk 6 ayını nazirliyin əməkdaşlarına verməkdən başqa əlacı qalmır. Beləliklə ƏƏSMN-də ""şirinliyin" elektron versiyası tətbiq edilir. S.Babayevin fiaskoya uğrayan digər bir “islahatı” isə özünüməşğulluq proqramının tətbiqində yol verilən gülünc addımlar oldu. Yoxsulluğun aradan qaldırılması və aztəminatlı insanların özünüməşğulluğunun təmin edilməsi üçün bu proqram əvəzsiz və önəmlidir. Amma nazirin formalaşdırdığı sistem özünüməşğulluq yox, özünüaldatmadan o yana keçmədi. Dövlətin hər bir inəyə ayırdığı 2500 manata bazardan 300-400 manatlıq ölüvay, hay-hayı gedib vay-vayı qalan, bir dəri,bir sümük olan qotur inək alıb vətəndaşları ələ salan S.Babayev bu yolla həm insanları narazı salır, həm də dövlətin imicinə zərbə vurur. Bu yolla havaya sovrulan milyonların aqibətinə isə aydınlıq gətirməli olan qurumlar yəqin ki, tezliklə hərəkətə keçəcəklər. S.Babayevin cəmiyyətdə ciddi təpkilərlə qarşılanan digər bir əməli isə əlilliyin təyin edilməsi sahəsində son dövrlərdə baş verənlərdir. Düzdür, bu sahədə uzun illər total ""şirinlik" mexanizmi formalaşdırılıb və minlərlə insan saxta yollarla əlillik dərəcələri alıb. Elə 17 min şəxsin saxta əlilliyinin ləğv edilməsi də dediklərimizin sübutudur. Amma, bunu bir kompaniyaya çevirmək, xüsusilə Vətən müharibəsindən sonra döyüşlərdə yaralanan şəxslərə qarşı belə süründürməçilik edilməsi ikrah hissi doğurur. Elə şərait yaradılıb ki, insanlar faktiki olaraq əlilliyini sübut edə bilmirlər. Süni maneələr, süründürməçilik kütləvi narazılıq formalaşdırır. Özünü “büdcənin qoruyucusu” kimi təqdim etmək üçün minlərlə insanın çörəyi ilə oynayan S.Babayevin formalaşdırdığı narazılıq hakimiyyətə qarşı sabotaja çevrilməkdədir. Nəhayət S.Babayevin öz layihəsi kimi təqdim etməyə çalışdığı DOST mərkəzləri barəsində. Yuxarıda sadaladıqlarımızla onun heç vəchlə xalqa dost olmaq arzusunda olmadığının şahidi oluruq. DOST mərkəzlərini Asan Xidmət səviyyəsində bir qurum kimi təqdim etmək istəyir. Halbuki DOST mərkəzləri olsa olsa Asan Xidmət modelinin sosial sahədəki qoludur. Burada əlavə heç bir yenilik yoxdur ki, onu da Sahil Babayevin adına yazmaq olsun. Hamı DOST adı altında görülən düşmən əməllərin haradan qaynaqlandığını da çox gözəl bilir. S.Babayevin qanımıza susayan düşmənlərimizlə olan bioloji bağlılığını isə bilməyən yoxdur. Media üzərində gedən məlumatarda bildirilir ki, hətta onun nazir təyinatının ilk dövrlərində öz əmisi Tofiq Babayev qardaşı oğlunun nazir təyinatından qəzəblənərək prezidentə şikayət də ünvanlamışdı. Həmin şikayətdə T.Babayev açıq-aşkar bildirib ki, bizim nənəmiz ermənidir, S.Babayevi nə üçün vəzifəyə təyin etmisiniz? Düzdür, bu müraciətin ünvanına yetişməsi nazir tərəfindən zamanında əngəllənsə də cidanı çuvalda gizlətmək mümkün olmamışdı. İnanmaq istərdik ki, çuvalda olanlardan hamının bildiyindən də artığını bilənlər tezliklə hərəkətə keçəcəklər. Əhalinin sosial müdafiəsini sosial oyunbazlığa çevirən birisinin əməllərinə son qoyulmalıdır. Cəmiyyətdə kütləvi narazılığın formalaşmasına hesablanan bu addımlar əcəba kimlərin marağına xidmət edir. Qalib qazinin əlilliyini qeydə almayan bir nazirliyin fəaliyyətinin ifşa olunması üçün daha hansı faktlar olmalıdır? Vətəndaşları incik salmaqla, süründürməçiliyə məruz qoymaqla nazirlik nəyi reallaşdırmaq istəyir? Artıq komissiyalarda münaqişələrin şillə-təpik mərhələsinə qədəm qoyması ilk həyacan siqnalı hesab oluna bilər. Daha nə olmalıdır ki?... //rubrika.az// Geri qayıt |