Əsas Səhifə > Siyasət, Manşet > "Azəraqrar"da sular durulmaq bilmir...

"Azəraqrar"da sular durulmaq bilmir...


31-05-2021, 08:32
"Azəraqrar"da sular durulmaq bilmir...
DİA.AZ: - “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə yeni təyin edilən direktor Fəda Abbasovla bağlı keçən günlərdə ilginc informasiyalar yayıldı. Deyəsən bu xəbərlərin ictimailəşməsi sözügedən qurumda müəyyən dairələri təlaşa salıb.

Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir. Məlumatda daha sonra bildirilir: "AZƏRAQRAR rəhbərliyinə yeni təyin edilmiş Fəda Abbasov qurumda öz komandasını formalaşdırmağa başlayıb. Keçmiş direktor Anar Hüseynovun bəzi adamlarını çıxardıb, bəziləri isə iş yerlərini dəyişməyə hazırlaşırlar. Bizim üçün ya Anar Hüseynov ya Fəda Abbasov fərqi yoxdur. Əsas məsələ vicdanlı, düzgün və burda gecə gündüz qara qul kimi işləyən işçilərin haqqlarının yeyilməməsidir.

Ancaq Anar Hüseynovun adamları da DİA.AZ və digər saytlarda dərc edilən yazılardan sonra qorxuya düşmüşdülər və açıq şəkildə ciddi bir maxinasiyaya yol verməkdən çəkinirdilər. Düzdür gizlicə hansısa yollarla yenədə maxinasiya edirdilər, amma işçilərin haqqını mənimsəməkdən qorxurdular. Ancaq indi bu Zamin Məmmədov hələ direktor təyin edilməyib adamları başlayıblar işçinində haqqını yeməyə, dövlətin qurumunu talamağa.

AZƏRAQRAR direktoru Fəda Abbasov daxili nəzarət və auidit şöbəsindən gəldiyi üçün kənarda tanıdığı nə qədər "peşəkar" maliyyəçi, işçi varsa hamısını yığır yanına. Bu yaxınlarda özünə yeni bir müavin götürüb. Rövşən Əliyev adlı şəxs.Tovuz rayonundan olan Rövşən Əliyev uzun müddət İmişli şəkər Zavoduna aqranom, baş aqranom işləyib və müəsissə direktoru vəzifəsinə qədər yüksəlib. İndi isə gəlib AZƏRAQRARDA direktor müavini vəzifəsinə təyin edilib. İmişli şəkər Zavodunda Rövşən Əliyevin əmək haqqısı 2500 manat idi. Hələ yaxşı məhsul verəndə ildə 10-15 min manat arasıda əlavə mükafat alırdı. İndiki əməkhaqqısı isə 700-900 manat arasındadır. Bəs bu Rövşən Əliyevin hansı marağı var ki, 2500 manat əmək haqqısı olan iş yerini 900 manata dəyişir. Sizcə maraqlı deyil bu?

Rövşən Əliyev müavin təyin edildikdən sonra AZƏRAQRARIN tabeliyində olan pullu idarələri öz nəzarətinə almağa başayıb. Bu idarələrdən biridə Mərkəzi Aran Regional İdarəsidir. Bizim aldığımız məlumata görə Rövşən Əliyev Zamin Məmmədovun Mərkəzi Aran Regional İdarəsinə təyin edilməsi üçün çox çalışır.

Heç bir ali təhsili olmayan, kənd təsərrüfatı sahəsində ancaq yonca biçdirməkdən və çuğundur əkdirməkdən başqa heç nəyi bacarmayan Vaqif İsmayılovun Mərkəzi Aran Regional İdarəsinə nəzarətçi təyin edilməsinidə Rövşən Əliyev tapşırıb.
Vaqif İsmayılovla Rövşən Əliyevin dost olduğu deyilir. Bu Vaqif dövlətdən zəbt etdiyi torpaqlarda şəkər çuğunduru əkdiyi üçün Rövşən Əliyevdə İmişli Şəkər Zavodunda baş aqranom olduğu vaxtlarda dostlaşıblar.

Vaqif İsmayılov bildirir ki, Rövşən Əliyevlə birlikdə 500 hektar torpaq sahəsi icarəyə götürərək əkinçilik işləri ilə məşğul olacaqlar. Bu o deməkdir ki, Rövşən Əliyev, Zamin Məmmədov, Vaqif İsmayılov Mərkəzi Aran Regional İdarəsinə öz şəxsi obyektləri kimi baxırlar. Biz burda işləyə işləyə bizə 1 hektar torpağı çox görürlər. Ancaq özləri dövlətin yüz hekatarlar ərazisini zəbt edərək əkib biçirlər".

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt