Əsas Səhifə > Siyasət, Manşet > "UniBank"ın MOBİL TƏTBİQ FIRILDAĞI...

"UniBank"ın MOBİL TƏTBİQ FIRILDAĞI...


16-04-2021, 09:41
"UniBank"ın MOBİL TƏTBİQ FIRILDAĞI...
DİA.AZ: - "Şikayətim "Unibank"dandır. Belə ki, 15.03.2021 tarixdə saat 16:37 də və 19:43 də "Unibank" "albalı-kartı"na bir gündə 2 dəfə 150 manat daxil etmişəm". DİA.AZ bildirir ki, Rəşad Talıbov adlı istifadəçi bu barədə "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşım edib.

"UniBank"ın MOBİL TƏTBİQ FIRILDAĞI...

Daha sonra narazı vətəndaş yazır: "Mobil tətbiqdə göstəridi ki pul hesabıma oturdu mən çeki atdım (terminallarda yazılır ki, pul hesabınıza oturana kimi çeki saxlayın) sonradan unibank 150 manatı silib və heç cür subut edə bilmirəm mobil tətbiqdə göstərdiyi halda deyirlər mobil tətbiq səhv göstərir. Çeki istəyirlər. Mən başadüşmürəm bu mobil tətbiq səhv edirsə niyə müştərinin yox bankın xeyrinə edir?"

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...


Geri qayıt