Əsas Səhifə > Siyasət, Manşet > “ATEF” işçilərin maaşını kəsir, vergidən yayınır

“ATEF” işçilərin maaşını kəsir, vergidən yayınır


16-02-2021, 09:18
“ATEF” işçilərin maaşını kəsir, vergidən yayınır
“İşlədiyimiz müddətdə bir çox qanun pozuntusu olub. Şirkət pandemiya dövründə bizi işdən çıxarıb, üstəlik, əmək hüquqlarımız kobul şəkildə pozulub”. DİA.AZ xəbər verir ki, “ATEF Şirkətlər Qrupunun” mühafizə şobəsinin altı nəfər mühafizəçisi işdən çıxarıldığını deyir.

Keçmiş mühafizəçi Pərviz Qədimov bildirib ki, şirkətdə işlədiyi üç il müddətində bir çox qanun pozuntusu ilə üzləşib: “2020-ci ilin dekabrında bizi işdən çıxardılar. Onu da deyim ki, sənədə əsasən, iş saatımız səhər 8:00-dan 17:00-dək göstərilib. Əmək müqaviləsində gecə növbəsi ilə bağlı heç nə yazılmamışdı. Maaşlarımızın bir qismini kartla, qalanını isə əldən verirdilər. Əmək müqaviləmizdə 160 saat aylıq iş kvotamız göstərilirdi. Amma buna əməl olunmurdu. İstirahət və bayram günləri də işləyirdik. Bununla bağlı artıq Vergilər Nazirliyinə müraciət etmişik. Əlimizdə sübutlarımız var. Mühafizə xidməti lisenziyasız fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı “Qeyri-Dövlət (Özəl) Mühafizə xidməti haqqında Azərbaycan Respublikasının Qanunu”nu heçə sayırlar. Şirkətin qanun pozuntuları ilə bağlı lazımi tədbirlər görülməsini istəyirik”.

Şikayətçinin dediyinə görə şirkətin muhafizə şöbəsində işçilərə məzuniyyət verilmir. İlin yekununda məzuniyyət pulu da ödənilmir: “İnsan Resurlari Departamenti məzuniyyət pulunu işdən ayrılarkən son hesabat məbləğində ala biləcəyimizi söyləyirlər. İşdən ayrıldıqdan sonra da neçə il işlədiyinizi önə sürməyərək, yalnız bir ilin məzuniyyət pulunu ödəyirlər. Bu azmış kimi işçilərə qarşı münasibət də kobuddur. Mühafizə xidmətinin rəisi Natiq Ramazanov işçilərlə kobud danışırdı. Bunların terminalda bir postu var, başdan-ayağa anti-sanitariyadır. Postun balaca, dar kabini var, içərisi bərbad vəziyyətdədir, siçanlar gəzir. Mən də maşınımı həmin kabinin yanında saxlayıb, orada otururdum. Yəni üç il ərzində həmişə posta çıxanda maşınımda oturmuşam. Natiq Ramazanov gəldi, məni maşında gördü. Soruşdu ki, niyə burada oturmusan? Mən də bildirdim ki, kabin pis vəziyyətdədir, ora post demək olmaz. İçərəsində siçanlar oynayır, ətraf nəcislə doludur. Orada necə yemək yeyə bilərəm? Maşınsız olan adam orada xəstəlik tapar. Üstəlik də, pandemiya dövründə adam lap ehtiyat edir. O da mənə dedi ki, mən səni qülləyə çıxaracağam. Mən də heç vaxt qülləyə çıxmamışam. Nizam-intizama qalsa, mühafizəçinin özündən ilk bölgü zamanı soruşurlar ki, siz orada xidmət apara bilirsiniz? Kimisə, harasa yazmaqla deyil. Mühafizənin isinmə sistemi də yoxdur. Adi spirallı piltələrlə qızınırlar”.

Şikayətçi deyir ki, onlara tələblər qoyulub. Ratsiyada on beş dəqiqədən bir məruzə olunmasını istəyiblər: “Özlərindən nizamnamə yaradırdılar. Bu şirkət dövlət üstündə dövlət qurub. İşçilərə özləri istədiyi pulu yazırlar, vergidən yayınırlar.

İşğaldan azad olunmuş Qarabağın ərazisinin transfarmatorla təmin olunması “ATEF”ə həvalə olunub. Mən istəyirəm ki, Prezident İlham Əliyev bu şirkətin vətəndaşların haqqını yeməsindən xəbərdar olsun. “ATEF” işçilərin maaşını kəsir, vergidən yayınır. Ciddi qanun pozuntusuna yol verir”.

Pərviz Qədimov deyir ki, işdən çıxarılan doqquz nəfərdən altısı haqqını sonadək tələb edəcək. Bunun üçün bütün aidiyyatı qurumlara müraciət etdiklərini söyləyir: “İndiyə kimi gecə növbələrində və bayram günlərində işlədiyim əməkhaqqımı qaytarsınlar. Ənvər Sultanzadə, Pərviz Qədimov, Emin Tanrıverdiyev, Nadir Ağayev, Taryel Zülfüqarlı, Raqib Gərayev və mən qanunsuz olaraq işdən çıxarılımışıq. İşlədiyimiz, lakin bizə ödənilməyən pullarımızı istəyirik”.

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt