Əsas Səhifə > Siyasət, Manşet > Keçmiş məhkumlara ayrılan pulu kimlər gecikdirir?
Keçmiş məhkumlara ayrılan pulu kimlər gecikdirir?10-02-2021, 09:26 |
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən azad ediləndə hamı sevinirdi ki, onu əvəz edən gənc nazir Sahil Babayev həqiqətən də kasıb-kusubun, fəqir-füqarənin naziri olacaq. Yəni nazirliyin adından da göründüyü kimi Sosial təminatı az olan vətəndaşlarımız üçün sosial müdafiəçi olacaq. Ancaq təəssüf ki, gözləntilər özünü doğrultmadı. Əksinə, Sahil Babayev sosial müdafiəyə ehtiyacı olanların belini qırdı. Təkcə bircə fakta məsələyə aydınlıq gətirməyə çalışacağıq. Məlumdur ki, cəmiyyətin ən təminatsız, sosial dəstəyə ehtiyacı olan zümrəsi həbsxanadan azad olunan keçmiş məhkumlardır. Bu insanlar xeyli müddət həbsxana həyatı yaşayıb, işsiz, imkansız şəxslərdir. Və bir gün azadlığa buraxılır. Bu şəxsləri bayırda nə gözləyir? Bu şəxslər evlərinə, ailə üzvlərinin yanına gedir. Bunu nəzərə alan dövlətimiz öz humanist siyasətini keçmiş məhkumlara da şamil edir. Və onların azad həyata adaptasiya olunması, iş-güc tapana qədər minimal dolanması, lap loru dildə desək öz evinə əliboş getməməsi üçün müəyyən miqdarda pul vəsaiti ilə təmin edilir. Kimi üçün bu məbləğ 500 manat, kimi üçün 1000 manat və daha artıq ola bilər. Düzü, bu məbləğin necə hesablanmasının meyarını, mexanizmini bilmirik. Ancaq redaksiyamıza daxil olan müraciətdən bilirik ki, dövlətin keçmiş məhbuslara verdiyi bu məbləği nazir Sahil Babayev o qədər get-gələ salır ki, adam axırda bundan imtina etmək həddinə çatır. Gecikdirmə 5 gün olar, 10 gün olar, lap 1 ay olar. Amma Sahil Babayevin süründürməçiliyi daha uzun çəkir. Biz keçmiş məhkumların adından soruşuruq ki, cənab Babayev, məhkumların pulunu niyə gecikdirirsən ? Yeri gəlmişkən, Sahil Babayev təkcə keçmiş məhkumların deyil, hətta Qarabağda döyüşmüş qazilərə dövlətin verdiyi halal pulu da 2 ay gecikdirir. Niyə ? Məqsəd nədir ? Bəlkə, sələmə verir ? Unutma ki, səni də Səlim Müslümovun aqibəti gözləyir… //gundelik-baku.com// Geri qayıt |