Əsas Səhifə > Siyasət, Manşet > Lerikdə başçı zootexniki necə bankir etdi?

Lerikdə başçı zootexniki necə bankir etdi?


6-02-2021, 12:09
Lerikdə başçı zootexniki necə bankir etdi?
Son vaxtlar ucqar rayonlarda həyata keçirilən kadr təyinatları, daha çox ictimaiyyəti düşündürən məsələlərdən birinə çevrilir. Buna əsas səbəb, məhz ixtisası uyğun gəlməyən şəxslərin başqa bir sahədə əmək fəaliyyətləri ilə məşğul olmaları və digər halların varlığı olur.​ Deyəsən bu sırada Lerik rayonu daha öncüllər sırasında ilk yeri tutur.

Məsələn, GundemXeber.Az saytının redaksiyasına daxil olan məlumata görə, “Kapital Bank”ın Lerik rayon filialının bugünkü rəhbəri İlham Dadıyev zootexnik ixtisasına sahibdir. Daxil olan məlumatlarda o da bildirilir ki, adı çəkilən bu şəxsin Goranboy RİH-nin başçısı ilə hansısa formada qohumluq əlaqəsi var və belə bir halın varlığı da, məhz İlham Dadıyevin daşıdığı vəzifəsinə sahib olmasında müəyyən qədər rol oynayır. Filial rəhbərinin keçmiş fəaliyyəti haqda daxil olan məlumatlarda isə vurğulanır ki, İlham Dadıyev bugünkü vəzifəsinə sahib olmazdan öncə Lerik bazarlarında İran İslam Respublikasından (İİR) gətirilən qaloşların və digər malların satışı ilə məşğul olur. Hətta o da qeyd olunur ki, “Kapital Bank”ın Lerik rayon filialına rəhbərlik edən İlham Dadıyev zootexnik ixtisasına sahib olduğundan, o, filialdakı idarəçiliyini heç cür həyata keçirə bilmir. Belə bir səbəb üzündən də, bu şəxsin görməli olduğu işləri​ İlham Dadıyevdən əvvəl filiala rəhbərlik etmiş şəxs, yəni hal-hazırda Lerik RİH-i başçısının 1-ci müavini, eyni zamanda Yeni Azərbaycan Partiyası (YAP) ​ Lerik rayon təşkilatına sədrlik edən Cəlil Baxşıyev həyata keçirir.

​ Bu yöndə daxil olan məlumatlarda o da vurğulanır ki, Lerik rayon İcra Hakimiyyətinin başçısı cənab Rövşən Bağırov, İlham Dadıyevin zootexnik ixtisasına sahib olması haqda dəqiq məlumata malik olsa da, o, hansısa maraqlar əsasında “Kapital Bank”ın rəhbərliyinə təqdimat yazır və qeyri-ixtisas sahibi olan bu şəxsin həmin filiala rəhbər təyin olunmasında müəyyən rol da oynayır. Yazıda adları keçən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.

Geri qayıt