Əsas Səhifə > Siyasət, Manşet > İki sabiq məmurun həbs olunacağı deyilir...

İki sabiq məmurun həbs olunacağı deyilir...


8-01-2021, 08:45
İki sabiq məmurun həbs olunacağı deyilir...
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi 2019-cu ildə proqnozdan əlavə 1 milyard manatdan çox vəsait toplayıb. Bu barədə rəsmi mənbələrdə məlumatlar var. Prezidentin də bildirdiyi kimi, həmin dövrə qədər isə bu pullar kiminsə cibinə gedirdi. İndi isə gəlin baxaq görək, ölkə başçısının qeyd etdiyi dövrdə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinə kimlər rəhbərlik edib.
KAİM.az bildirir ki, Fazil Məmmədov nə az, nə çox düz 17 il ölkənin Vergilər naziri, Aydın Əliyev isə 12 il Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb.
Buradan da belə qənaətə gəlmək olar ki, 2019-cu ildə proqnozdan əlavə toplanan 1 milyard manat həmin dövrə qədər Fazil Məmmədov və Aydın Əliyevin cibinə gedib.
Beləki, Fazil Məmmədovun ölkənin vergilər, Aydın Əliyevin isə gömrük sisteminə rəhbərlik etdiyini nəzərə alsaq, belə çıxır ki, indiyə qədər müxtəlif yollarla büdcədən kənarda qalan 1 milyard manatın məsuliyyəti məhz adıçəkilən şəxslərin üzərindədir. Bu isə onların həbs təhlükəsi ilə üzləşmə ehtimalını birə-beş artırır. Ölkə başçısının da dediyi kimi, hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq.
Odur ki, Fazil Məmmədov və Aydın Əliyev tez bir zamanda hüquq-mühafizə orqanlarına, o cümlədən digər müvafiq qurumlara hər il büdcədən kənarda qalan 1 milyard manatın hesabatını verməlidir.
KAİM.az-ın rəsmi mənbələrdən əldə etdiyi məlumatda, bu istiqamətdə artıq QARA MASKALILARIN hərəkət keçdiyi deyilir. Bildirilir ki, başını dərdə salan sabiqlərlə bağlı aylardır ki, araşdırmalar aparılır.

Geri qayıt