Əsas Səhifə > Siyasət, Manşet > Vətəndaşı koronavirus xəstəsi çıxarıb, başına oyun açdılar...
Vətəndaşı koronavirus xəstəsi çıxarıb, başına oyun açdılar...2-01-2021, 10:02 |
Kürdəmir rayon, Şilyan kənd sakini Elçin Abdulrəhmanov dekabr ayının əvvəllərində yüksək temperaturla rayonunun Mərkəzi Xəstəxanasına müraciət edib. DİA.AZ xəbər verir ki, iy və dadbilmə hissi itdiyi üçün COVİD-19 şübhəsi ilə burun dəliyindən və boğaz qırtlağından yaxma verib. “Mənə resept yazıb verdilər, 3 sistem. Dedilər, gündə bir dəfə olmaqla hər gün bu sistemi qəbul etməliyəm ki, tempuraturum yensin. Müalicəyə başladım, ancaq sistemi qəbul etdikdən sonra vəziyyətim daha da pisləşdi. Tempuraturum isə yenmək əvəzinə, yüksəldi” – deyə şikayətçi bildirir. Elçin Abdulrəhmanov yenidən xəstəxanaya qayıdıb, İnfeksional şöbəsinin həkimi Boris Kərimovun yanına gedib. Həkim əvvəlki müalicə reseptinin səhv yazıldığını, onun virusa yoluxmadığını, sadəcə möhkəm sətəlcəm olduğunu bildirib. Elçin Abdulrəhmanov deyir, ikinci müalicədən sonra vəziyyətim yaxşılaşmağa başladı. Ancaq həkim səhlənkarlığından ikiqat ziyana düşdüm. Elçin Abdulrəhmanov məsələ ilə bağlı Mərkəzi Xəstəxanasının baş həkiminə də şikayət edib. O, savadsız həkimlərin işdən çıxarılmasını tələb edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq Geri qayıt |