Əsas Səhifə > Siyasət, Manşet > Səfər Mehdiyev yeni ilə qədər vəzifədən alınacaq

Səfər Mehdiyev yeni ilə qədər vəzifədən alınacaq


10-12-2020, 09:27
Səfər Mehdiyev yeni ilə qədər vəzifədən alınacaq
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin rəhbərliyində yeni ilə qədər dəyişikliklər olmalıdır. DİA.AZ bildirir ki, bu barədə məlumatlı mənbələrdən informasiya daxil olub. Qeyd olunur ki, "yuxarılara" ardı-arası kəsilməyən şikayətlər, mediada işıqlandırılan faktlar nəhayətdə əlaqədar dairələri hərəkətə keçməyə məcbur edir.

"Bu günə qədər Səfər Mehdiyev hətta Nazirlər Kabinetinin qərarlarına belə təsir etmək iqtidarında idi. İndi isə vəziyyət dəyişib" deyən mötəbər mənbə dia-az.life-a açıqlamasında iddia edir ki, DGK-da özünə imperiya qurmuş Səfər Mehdiyev az qala dövlətə şərik kimi çıxış edir:

"Təbii ki hazırki şəraitdə, Vətən Müharibəsinin ardınbdan dövlətimizin iqtisadi gücünün artırılması zəruridir. Ona görə də, sözügedən istiqamətdə bütün açıqların qapanması yönündə sərt qərarlar veriləcək. Gömrük qapıları isə qeyd olunan müstəvidə ƏN BƏRBAD NÖQTƏ kimi çıxış etməkdədir".

Mənbə iddia edir ki, dəyişikliklər yeni ilə qədər də baş tuta bilər: "Ola bilsin ki, hər şey sürətlə cərəyan etsin. Belə bir plan var. Yaxın zamanlarda görəcəyik..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt