Əsas Səhifə > Siyasət, Manşet > "Ordumuz Şuşaya nəfəs qədər yaxındır"

"Ordumuz Şuşaya nəfəs qədər yaxındır"


3-11-2020, 13:01
"Ordumuz Şuşaya nəfəs qədər yaxındır"
Xəbər verdiyimiz kimi Preziden İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org Habertürkə istinadən xəbər verir ki, görüşdə maraqlı anlar yaşanıb. Görüşdə B.Yıldırım "Hamıya maraqlıdır.Şuşada vəziyyət nədir?" deyə sual verib. Prezident İlham Əliyev cavabında bildirib ki, Azərbaycan ordusu Şuşaya nəfəs qədər yaxındır:

"Biz ərazi şəraitinə görə çox diqqətli davranırıq. Ermənistana davamlı olaraq silah və hərbi texnika gəlir. İndiyə qədər 300-dən çox tankı və 8 ədəd S300 müdafiə sistemini məhv etdik. Bunlar S400-dən biraz zəifdir. Bu silahları Gürcüstan üzərindən sınadılar və bacarmadılar. Bu silahları mülki təyyarələrlə daşıdıqlarını bilirik. Bu mövzuda beynəlxalq qurumlara da müraciət etdik, amma nəticə olmadı. "

Geri qayıt