Əsas Səhifə > Siyasət, Manşet > Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət

Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət


26-10-2020, 10:45
Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət
"Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki erməni əhalisini Ermənistan silahlı qüvvələrinin və kriminal xunta rejiminin bu kimi potensial təxribatlarına qarşı ayıq-sayıq olmağa, hərbi obyektlərdən kənar durmağa çağırırıq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi Azərbaycanın mülki erməni əhalisi ilə heç bir işi yoxdur.

Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərə keçmək istəyən mülki əhaliyə və erməni hərbçilərə humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar dəstək göstərməyə hazırıq”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

Geri qayıt