Əsas Səhifə > Siyasət, Manşet > Konqres “DQR”-i tanıya bilərmi?
Konqres “DQR”-i tanıya bilərmi?22-10-2020, 09:12 |
Rusiya KİV-nin məlumatına görə, üzdəniraq “Dağlıq Qarabağ respublikasının” (DQR) müstəqilliyinin tanınması barədə qətnamə layihəsi Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi Nümayəndələr Palatasının müzakirəsinə təqdim olunub. Layihənin müəllifi demokrat-konqesmen Qreys Napolitanodur. Sənəd barədə siyasətçi öz «Tvitter» səhifəsində xəbər verib. Arvad konqresmen ABŞ-ı DQR-nın müstəilliyini rəsmən tanımağa çağırıb və bunu «azadlığın yolu» adlandırıb. Xatırladaq ki, rəsmi Bakı bundan əvvəl bəyan etmişdi ki, Dağlıq Qarabağın müsətəqilliyini tanıyacaq hər-hansı ölkə ilə diplomatik münasibətləri kəsəcək. Məlum olduğu kimi, ABŞ Rusiya və Fransa ilə birdikdə ATƏT Minsk Qrupunun 3 həmsədrindən biridir və guya, 26 ildir ki, bu münaqişənin dinc yolla həlli istiqamətində vasitəçilik edir. Minsk Qrupu isə məxsusi olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılıb. İndi 26 ildən sonra bu xilafi-vasitəçi “DQR”-nın müstəqilliyi barədə «şeypur çalmağa» başlayır. Əcəb vasitəçilikdir… Hamıya məlumdur ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi və ayrılmaz hissəsidir. Dünya ölkələri, o cümlədən ABŞ dövləti və BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndi Amerikada bir arvad peyda olub və dünyaya «azadlıq dərsi» keməyə başlayıb. Görünür, konqresmen arvadın ya ağlı çaşıb, ya da zavallı gerçəkdən «qudurub». Bir atalar məsəlində deyildiyi kimi, «naqis təcrübə yoluxucu olar». Deməli, bundan sonra dünya ölkələrinin parlamentləri ayağa qalxıb, Amerikadakı erməni icmasının müstəqilliyini tanısa, onları heç kim qınamayacaq?! Suveren dövlətin daxili işlərinə burun soxmaq utancverici təcrübədir və ABŞ dövlətinin beynəlxalq statusu ilə heç cür uzlaşmır… Geri qayıt |