Əsas Səhifə > Siyasət, Manşet > bp-dən Azərbaycana DƏSTƏK
bp-dən Azərbaycana DƏSTƏK7-10-2020, 10:10 |
Hazırda “BP Azərbaycan” şirkətinin regionda bütün biznes əməliyyatları adi rejimdə davam edir. Bu barədə Trend-ə şirkətdən məlumat verilib. Şirkətdən bildirilib: “Biz Azərbaycan ərazisində hərbi əməliyyatların eskalasiyasından dərin narahatlığımızı ifadə edirik və ümid edirik ki, münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapacaq”. Qeyd edək ki, ötən gün axşam saatlarında Ermənistan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə kasset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb. 300+ kasset tipli bombaların qəlpələri ətrafa yayılıb. Boru kəmərinə ziyan dəyməyib. Geri qayıt |