Əsas Səhifə > Siyasət, Manşet > İnternet yoxdur, dərslər necə keçirilsin?
İnternet yoxdur, dərslər necə keçirilsin?30-09-2020, 10:26 |
Cəbhə xəttində baş verən son hadisələr səbəbi ilə ölkə üzrə internet imkanları məhdudlaşdırılıb. Maraqlıdır, internetin zəifləməsi distant təhsilə nə kimi təsir göstərib? Belə olan halda məktəblilər nə etməlidir? Mövzu ətrafında Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov cari vəziyyətlə əlaqədar olaraq müəllimlərin yeni dərs keçməməli olduğunu bildirib: "Məlum olduğu kimi Azərbaycan təhsil sistemi ilk dəfə mart ayında fövqəladə vəziyyətlə qarşılaşdı. Belə ki, pandemiya səbəbilə ənənəvi təhsil dayandırıldı və biz onlayn təhsil siteminə keçid etdik. İndi isə vəziyyət daha da çətinləşib, çünki şagirdlərimiz onlayn dərslərdən də məhrum olublar. Təbii ki, belə bir şəraitdə tədrisin həyata keçirilməsi olduqca çətindir, amma Təhsil Nazirliyinin bununla bağlı bir planı olmalı idi. Əvvəlcədən müharibə şəraitində və fövqəladə vəziyyətdə tədrisin həyata keçirilməsi ilə bağlı xüsusi proqram təqdim edilməli idi. Nazirlər Kabinetinin müvəqqəti qaydalarına görə Bakı şəhəri, Abşeron və Sumqayıt ərazisində həftədə iki dəfə olmaqla, bölgələrdə isə şagirdlər həftədə 3 dəfə olmaqla məktəbə gedirdilər. Amma indiki halda vəziyyət gərgindir və dərslərin tamamilə dayandırılmasına ehttiyac var. Hesab edirəm ki, şagirdlər yanlız ev şəraitində olmalıdırlar. Belə olan halda isə internetlə dərs keçmək mümkün deyil. Buna görə də oflayn rejimdə tədrisin həyata keçirilməsi üçün addım atmaq lazımdır. Bunun üçün isə biz şagirdlərə oflayn sistemdə individual vizuallaşmış dərsləri təqdim etməliyik. Bu zaman tədris prosesi normal gedə bilər. Digər tərəfdən isə teledərslərə üstülük vermək lazımdır. Şagirdlər onlara qaranlıq qalan mövzuları teledərslər vasitəsilə öyrənməlidirlər. Hesab edirəm ki, müharibə dövrü başa çatanadək yeni dərs keçməyə ehtiyac yoxdur. Çünki belə olacağı təqdirdə şagirdlərin müəyyən hissəsi irəli getsə də müəyyən hissə geridə qala bilər. Bu müddətdə keçirilmiş dərslərin təkrar izahına ehtiyac var”. Geri qayıt |