Əsas Səhifə > Siyasət, Manşet > DGK rəhbərliyinin İZ AZDIRMA siyasəti...
DGK rəhbərliyinin İZ AZDIRMA siyasəti...31-08-2020, 09:30 |
DİA.AZ: - "Keçən həftənin ajitoaja səbəb olan olaylarından biri də Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə Nazirlər Kabinetinin elektron ticarətlə bağlı verdiyi dəyişiklik qərarı idi. "Yuxaırları" "əlavə gəlir əldə edəcəyik" deyib inandırmağa müvəffəq olan Səfər Mehdiyevin gömrükdəki ƏSAS QAZANC ünvanlarını ustalıqla gizlətdiyini, gömrükdən hələ də oğurlanan pulların izini silməyə çalışdığı fakt kimi ortaya çıxmış oldu", Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb. Məqalə müəllifi daha sonra bildirir: "Aşağıdakı bu iki faktın araşdırılması yetərlidir ki, dövlətin müvafiq qurumları gömrük yığımlarını astronomik səviyyədə qaldırmağa müvəffəq ola bilərlər: http://www.dia-az.life/1/259499-sefer-mehdiyevin-baldizi-oglu-korrupsya-zrvesnde.html http://www.dia-az.life/9/261394-xalqda-qezeb-yaradan-sefer-mehdiyev-karqolar-vasitesile-ne-qeder-ogurlayr.html Yəni bu gün Səfər Mehdiyev inandırmağa çalışır ki, elektron ticarətin məhdudlaşdırılması hesabına büdcəyə 100 milyona yaxın əlavə vəsait cəlb edilmiş olacaq. Amma Səfər Mehdiyevin ört-basdır etiyi bu iki istiqamət üzrə xalqı narazı salan sözügedən qərardan birdəfəlik olaraq vaz keçmək mümkün olardı. Amma hələ də bu addım atılmayıb və prosesin günü bu gün də Səfər Mehdiyevin cızdığı xətt üzrə inkişaf etməsi belə deməyə əsas yaradır ki, gömrükdəki inhisarçı şəbəkə dövlətin digər qurumlarına da yetərincə sirayət etdiyindən hələ də səfərmehdiyev kimiləri istədiklərini etməkdədirlər". dia-az.life-a göndərilən məqalədə daha sonra qeyd olunur ki, hələ də gec deyil: "Hələ də xalqı narazı salan bu qərarı geri oxumaq, gömrükdə əlavə yığımların təşkili üçün Səfər Mehdiyevin qohumlarının əlində olan şəbəkə monopoliyasını zəzərsizləşdirmək hesabına böyük pullar əldə etmək olar. Bütün bunlar sadə və ağrısız bir proses hesabına baş tuta bilər. Sadəcə olaraq, ilk başdan Səfər MEhdiyev görəvdən alınmalı və ilk başdan qeyd etdiyimiz hər iki istiqamətdə dövlətin qanunlarının işləməsinə şərait yaradılmalıdır". Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... Geri qayıt |