Əsas Səhifə > Siyasət, Manşet > "Başçı işə çıxmır?"
"Başçı işə çıxmır?"28-08-2020, 15:19 |
DİA.AZ: - "Siz Bakıda oturubsunuz. Hər şeyi bilirsiniz. Bir öyrənin görək, Şəmkirin icra başçısı olan Alimpaşa Məmmədov niyə işə çıxmır... Çıxırsa, niyə şikayətçilərin qabağından qaçır?" Bu sözlər DİA.AZ-a bir qrup Şəmkir sakini adından edilən müraciətdəndir. Daha sonra müraciət müəllifləri yazır: "Alimpaşa Məmmədova dərdimizi deyə bilmirik. Pandemiya da səngiyib, amma bizim icra başçısı hələ də "xəstəlik var" deyib şikayətçini qapıdan qovur. Bəlkə, Alimpaşa Məmmədov işə çıxmır, bəlkə ağrıyan yeri var... Biz bilmirik. Amma bu gün gəlin, Şəmkirə görəcəksiniz ki, nə qədər narazı camaat var, amma kimsə ərdini deyə biləcək yer tapmır". "Yaxşı ki Rusiya var. Camaatımız ordan dolanır" deyən sakinlər daha sonra dia-az.life-a yazırlar: "Alimpaşanın ümidinə qalsaydı, Şəmkir camaatı acından ölməli idi. Biz elə öz aramızda deyirik ki, Şəmkirin icra başçısı Putindir, bizim çörəyimiz ordan gəlir. Alimpaşa Məmmədovsa burda elə-belə oturub. Göz qarasına..." Qeyd edək ki, daha sonra şikayətçilər ağır ittihamlar səsələndiriblər ki, bununla bağlı müəyyən dəqiqləşdirmələr aparmaqdayıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |