Əsas Səhifə > Siyasət, Manşet > Səfər Mehdiyevin təkzib şəbəkəsi işə düşüb
Səfər Mehdiyevin təkzib şəbəkəsi işə düşüb22-07-2020, 09:01 |
DİA.AZ: - "Neçə gündür ki, ölkənin nüfuzlu iqtisadçıları Dövlət Gömrük Komitəsinin büdcə ödəmələri ilə bağlı elan etdiyi şişirdilmiş rəqəmlərin əlində girinc qalıblar. Əslində burada qaranlıq heç nə yoxdur. Hər şey gün kimi aydındır və rəqəmlərdəki artımın əslində sabun köpüyü olması faktdır. Amma buna rəğmən DGK rəhbərliyi öz yalanını ayaqda tuta bilməsi üçün bir növ mətbu savaşa girişib və KİV-dəki emissarlarının əli ilə absurd olam "GÖMRÜKDƏKİ ŞƏFFAFLIQ" barəsində silsilə balladalar yazdırmaqla məşğuldur. Amma bunun nəyisə dəyişməyəcəyi gün kimi aydındır. Çünki..." Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb. Məqalə müəllifi bildirir ki, Səfər Mehdiyevin kantoru tərəfindən elan edilən büdcə ödəmələrinin məbləğinin son altı aya aid olan hissəsi ilə keçən ilki eyni dövrün müqayisə edilərək 3 DƏFƏ ARTIMIN OLMASININ elan edilməsi əslində saxtakarlıqdan başqa bir şey deyil. Mənbə dia-az.life-a yazır: "Əslində Səfər Mehdiyev bu məsələdə susmalı idi. Amma görünəni odur ki, mətbuatdakı dayaqları hesabına elan etdiyi rəqəmləri doğrultmağa çalışır. Bu yolla isə heç nəyə nail olmaq mümkün deyil. Çünki reallığı yuxarılar hər zaman ifşa edə bilər və mətbuatda açılan savaş, daha doğrusu yürüdülən TƏKZİB KAMPANİYASI yalnız və yalnız ictimai rəyin yanlış istiqamətə yönləndirilməsinə gətirib çıxara bilər. "Yuxarılar" - gərəkən qurumlar isə əgər DGK-nin rəqəmlərinin həqiətən gömrükdəki şəffaf mühitlə əlaqəli olmasına inanmayıb, hər şeyin kağız üzərindəki manevrlər hesabına və ən əsası kölgə iqtisadiyyatının müəyyən bir hissəsinin açığa çıxarılması hesabına ərsəyə gəldiyinə əmin olarlarsa, o zaman Səfər Mehdiyevin mətbu kampaniyası əhəmiyyətsizləşəcək. Yəni indidən deyə bilərik ki, DGK rəhbərliyi boşuna çaba sərf edir. Özünü doğrultmalı ünvan mətbuat səhifələri yox, saxta hesabat verdiyi "yuxarılar"dır". dia-az.life olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |