Əsas Səhifə > Siyasət, Manşet > Əhmədzadənin işçilərinin hər biri oliqarxdır...
Əhmədzadənin işçilərinin hər biri oliqarxdır...14-07-2020, 09:40 |
Yuxarı Qarabağ Kanalı İdarəsinin rəisi İlyas Səfərovu ötən il vəzifəsindən azad edərək Şirvan Meşə-Meliorasiya İdarəsinə müdir təyin etdilər. Bu təyinatın nəyə borclu olduğunu deyə bilmərik. Lakin onu bilirik ki, Yuxarı Qarabağ Kanalı İdarəsinin müdiri olan zaman bir sıra yeyintilərə yol vermiş birini belə mühüm vəzifəyə təyin etmək müəmmalıdır. Milletinsesi.info bildirir ki, İlyas Səfərov hələ Yuxarı Qarabağ Kanalı İdarəsinə müdirlik edərkən bir sıra tender qalmaqallarına adını salmışdı. Onun dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaitlərini xərclədiyi qeyd edilir, bəzi korrupsiya hallarına yol verdiyi vurğulanırdı.Qeyd olunurdu ki, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Yuxarı Qarabağ Kanal İstismar İdarəsinin müdiri İlyas Səfərovun hər il dövlətdən ayrılan yüz min manatlarla vəsaiti mənimsəməklə böyük sırvıt sahibinə çevrilib. Təkcə son 3 ildə Yuxarı Qarabağ İstismar İdarəsinə 2 milyondan çox vəsait ayrılıb. İdarə müdiri İlyas Səfərov hər il Yuxarı Qarabağ kanalının təmizlənməsi və yaxşı vəziyyətə gətirilməsi üçün büdcədən ayrılan bu vəsaitlırin böyük hissəsini mənimsəyib. İdarə müdiri bundan başqa ayrı-ayrı fermer və təsərrüfat sahibləri tərəfindən kanala qanunsuz olaraq atılan borulara görə sahibkarlardan 5 min manat aldığı və hər il onlardan su pulu üçün 500 manat haqq yığdığını da qeyd etmişdik. Əməkdaşımızın Yuxarı Qarabağ kanalında apardığı monitorinq nəticəsində məlum olub ki, İlyas Səfərov təkcə Beyləqan rayonu ərazisində 17 qanunsuz boru atıb, Ağacabədi rayonu ərazində isə bu boruların sayı 30-u keçir. Bundan başqa Yevlax, Tərtər, Bərdə, Ağdam rayonları ərazisində bu qanunsuz atılmış su borularının ümumi sayı 100-dən çoxdur. İnformasiya mənbəmiz bildirir ki, idarə müdiri Yuxarı Qarabağ kanalına qanunsuz atılan hər bir boru üçün sahibkarlardan 5 min manat haqq alıb. Hazırda Şirvan Meşə-Meliorasiya İdarəsinə rəhbərlik edən bu şəxs əvvəlki vəzifəsində dövlətin pulun belə dağıdıb. Bəs indiki zamanda, ölkədə su qıtlığı yaşandığı dövrdə belə bir korrupsionerin belə satrateji vəzifədə qalması nəyə əsalanır? Niyə strateji, gəlin baxaq. Meşə Melorasiya idarələrinin əsas funksiyaları meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının ikinci və birinci dərəcəli kollektora axıdılmasını, eləcə də meliorasiya və irriqasiya obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını həyata keçirir. Balanslarındakı üçüncü dərəcəli ilkin drenlərin və ikinci dərəcəli kollektorların, onların üzərindəki qurğuların istismarı, təmiri və təmizlənməsi eləcə də yaradılmış meşə zolaqlarının suvarılması, becərilməsi, yanğından və ziyanvericilərdən qorunmasıdır. Aydın məsələdir ki, bu daha gəlirli sahədir. Çünki hər il bu işlərə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. İlyas Səfərov kimisi vəzifədə olduqca həmin ayrılmış vəsaitlər fonunda yeyinti hallarının da total şəkil alacağı şübhəsizdir. Digər tərəfdən bir müəmmalı məsələ qalır. İlyas Səfərovun dostu, dayağı , vəzifə daşımasına səbəb olan adam-Yevlağın sabiq icra başçısı Qoca Səmədov həbs olduğu halda prokurorluq eyni əməlləri edən İlyas Səfərov barəsində niyə tədbir görmür? Məlumatlarda bildirilir ki, 2 il əvvəl başçı müavini olmaq istəyən İlyas Səfərov bunun üçün Qoca Səmədovla anlaşaraq ilk əvvəl onun da razılığın ala bilmiş, buna görə 2 milyon təklif etmişdi. Ancaq yuxarıdan buna razılıq verməmişdilər. Çoxsaylı obyekt və mülkləri olan, adi bir məmurdan oliqarx dərəcəsinə çatmış bu şəxs Hacıkəndin ən gözəl yerində dağı yarıb villa tikib. Villanın qiymətinin təqribi 12 milyon olduğu deyilir. Bu obyektlər, villalar hansı vəsaitlərlə təldə edildiyi isə məlumdur. Dövlət büdcəsindən oğurlanan vəsaitlərlə. Qarşı tərəfin mövqeyini verməyə hazırıq. Geri qayıt |