Əsas Səhifə > Siyasət, Manşet > Milli Onkologiya Mərkəzində tender sövdələşmələri və ya deputatın cibdən cibə oyunu
Milli Onkologiya Mərkəzində tender sövdələşmələri və ya deputatın cibdən cibə oyunu20-06-2020, 09:50 |
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamenin Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. Sözügedən şəxs "seçkili" vəzifə ilə bərabər həm də təyinatlı vəzifə sahibi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə ki, deputat Kamallədin Qafarov Milli Onkologiya Mərkəzinin Baş direktorunun ( Cəmil Əliyev) müavinidir. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin 2-ci bəndinə əsasən, "icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər". Tapdalanmış Konstitusiyamızın 89-cu maddəsinin 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı "dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla)" deputat mandatından məhrum edilir. Gələk Kamallədin Qafarovun sahibkarlıq fəaliyyəti və tender oyunlarına: "Kanon” MMC, "Mega Pharmacy” MMC, "Azeri Med MNK” MMC, "Versal” MMC, "Versal Palace” MMC, "Naturalist” və "AZERİ MED" MMC (VOEN 1500072561). "Azeri MED" MMC məhşur Zəfəran apteklər şəbəkəsinə nəzarət edir. CİBDƏN CİBƏ PRİNSİPİ: Milli Onkologiya Mərkəzi (MOM) 2018-ci lin avqust ayının 3-də "Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq ($5 mln. 952 min) müqavilə imzalayıb. Bu tərəflər arasında həmin il bu məqsədlə imzalanmış sayca beşinci oxşar müqavilə olub, baxmayaraq ki, müalicə müəssisəsi sözügedən il cəmi bir alqı-satqı müsabiqəsi keçirib. 2018-ci ilin yanvar ayından etibarən MOM "Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb. 2019-ci ildə Azeri Med MMC və Milli Onkologiya Mərkəzi (MOM) arasında baş tutan tender sövdələşmələri: 05.02.2019-cu il tarixdə: "52,864"AZN 19.02.2019-cu il tarixdə: 1,0200000 AZN 2020-ci ildə Azeri Med MMC və Milli Onkologiya Mərkəzi( MOM) arasında baş tutan tender sövdələşmələri: 30.01.2020-ci il tarixdə: 5.999.916.69 AZN Ardı olacaq... Samir Zeynalov, ictimai vəkil //dominant.az// Geri qayıt |