Əsas Səhifə > Siyasət, Partiya > ŞEYXİN QARDAŞI: "RÜSTƏM İBRAHİMBƏYOV BAKIYA GƏLƏ BİLƏR"

ŞEYXİN QARDAŞI: "RÜSTƏM İBRAHİMBƏYOV BAKIYA GƏLƏ BİLƏR"


20-07-2013, 12:34
ŞEYXİN QARDAŞI: "RÜSTƏM İBRAHİMBƏYOV BAKIYA GƏLƏ BİLƏR"
..."AMMA HAKİMİYYƏTƏ YOX"

“Rüstəm İbrahimbəyov bir neçə ay öncəyə qədər Azərbaycanda idi. O burada olanda sadə həyat keçirirdi, ictimaiyyət arasına da demək olar çıxmırdı. İndi Bakıya qayıdanda nə olacaq, hakimiyyətə gələcək?! Bu ac toyuğun yuxuda darı görməsinə bənzəyir”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə Milli Şuranın sədri və ənənəvi müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyovun iyulun 30-da Bakıya dönəcəyinə dair yayılan məlumatlara aydınlıq gətirərkən belə deyib.

Onun sözlərinə görə, ənənəvi müxalifət düşərgəsi Rüstəm İbrahimbəyovdan alət kimi istifadə edir və onu qabağa verməklə, məsuliyyəti boynundan atmağa çalışırlar: “Müxalifət düşərgəsi 20 ilə yaxındır ki, eyni havanı çalır. Hər üç-beş ildən bir hakimiyyətə gələcəklərini, xaricdən ciddi dəstək aldıqlarını söyləsələr də, yekunda söylədikləri yalan çıxır. Başa düşürlər ki, qarşıdakı seçkilərdə də heç bir nəticə əldə edə bilməyəcəklər. Bu səbəbdən bu dəfə siyasətdə heç bir aiddiyatı olmayan, yaradıcı bir adamı qabağa veriblər və onun əli ilə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Rüstəm İbrahimbəyov Bakıya gələ bilər. Onun hər hansı günahı yoxdursa, ölkədə yaşamasında heç bir problem olmayacaq. Hətta seçkilərə də qatıla bilər. Amma hakimiyyətə gəlməsi, bu tamamilə qeyri-real və mənasız iddiadır və gülünc səslənir”.

Geri qayıt