Əsas Səhifə > Siyasət, Manşet > Vicdanı ağrıyacaq növbəti icra başçısı kimi olacaq?
Vicdanı ağrıyacaq növbəti icra başçısı kimi olacaq?2-05-2020, 12:04 |
DİA.AZ: - "DTX -nın kamerasına saxlanılan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin “vicdan əzabı çəkməsi”ni deməsi gündəmin 1 nömrəli qonusu olub. Acı da olsa, gerçəkdir, ölkənin 1-ci şəxsi xalqın 1 nömrəli xidmətçisi olduğunu vurğulayır, nümayəndələri isə xalqın 1 nömrəli qulduru kimi insanlara zülm verirlər". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "İnsanların torpaq paylarını vəzifə səlahiyyətlərindən sui-istifadə edib ələ keçirmək doğrudan da vicdansızlıqdır! Amma bu vicdansızlığı DTX -nın kamerası qarşısında boynuna almaqla iş bitmir. Digər işdən çıxarılıb ələ keçirdikləri torpaqlarda soğan-sarımsaq, arpa -buğda əkməklə, mal-heyvan, balıq bəsləməklə günlərini keçirənlər, hazırda vicdansız əməllərlə məşğul olmaqda davam edənlər də ibrət götürməlidirlər. Yoxsa , icra başçısının quldur kürsüsündən DTX -nın kamerası qarşısına enib vicdansızlığın etirafı üçün növbəyə durmaq şansı yüksəkdir. Necə deyərlər, soruşma , hansı icra başçısı korrupsiya ittihamı ilə saxlanılıb, bil ki, özün saxlanmısan. Sabunçu Rayon İcra Hakimiyyətinin 29 il qabaq 29 may 1991-ci ildə BŞİH-in Bağlar Təsərrüfatı Birliyindən Qarabağ əlilinin icarəsinə götürdüyü Nardarandakı bağ sahəsində özünə ev tikməsinə rüşvət istəyib əngəl törətməsindən, əlilin 5 min manatlıq mal-materiallarını məhv etməsindən baş və yanındakı korrupsiya prokuroru, Sabunçu rayon prokurorluğu və polisi tam bilgilidir. Hətta korrupsiya idarəsində və Sabunçu rayon prokurorluğunda əlilin izahatı alınsa da, heç bir qərar qəbul edilməyib, edilibsə də, şikayətçiyə verilməyib. Sözügedən olayın qısa tarixi belədir ki, vətəndaş 29 may 1991 tarixli müqavilə ilə icarəsinə üçotaqlı bağ evi götürsə də, gerçəkdə torpaq sahəsində ev olmayıb. Elə həmin il icarədar Qarabağ uğrunda savaşa gedib və bu yolda əlil olduğundan bağında ev tikə bilməyib. Ortalıq 10 il qabaq pensiyaçısı olduğu DİN -in yardımı ilə sahəni hasarlayıb, qapı qoyulmasına nail olan Qarabağ əlilinin 4 il qabaq ev tikmək istəyinə Sabunçu RİH başçısının “qara kassası” rolunu oynayan təsərrüfat müdiri İsa Həsənov (prezidentin keçmiş köməkçisi Əli Həsənovun qardaşı-red.) , müavin Güloğlan Məmmədov, “kommunxoz “ Həbib qohumlarından ibarət qoçu dəstəsi ilə bağda işləyən fəhlələri döyməklə, gətirilən betonu məhv etməklə imkan verməyib. İş o yerə çatıb ki, 1-ci dərəcəli Qarabağ əlili PA-nın qarşısında intihara cəhd edib və. ...prezidentin keçmiş köməkçisinin göstərişi ilə əlilin xəstəxanaya yerləşdirilməsinə belə qadağa qoyulub! (?) Yalnız DİN işə qarışandan sonra müharibə əlili 2 gün gec olsa da DİN qospitalında həyata qaytarılıb. Hələ də prokurorluq bu vandalizm aktına hüquqi qiymət verilməsini təmin etməyib . Özü də Həbib adlı kommunxoz bir müddət sonra başqa belə əməllərinə görə həbs edilib, məhkəmə qərarı ilə ittiham olunub və həbsdən də cəzasını tam çəkməmiş buraxılıb, amma Qarabağ əlilinin tərəf kimi işə cəlb edilməsi “yaddan çıxıb” . Sabunçu RİH-in başçısı Adil Vəliyev isə Nardaranda onlarla hektar torpaq sahəsini şəxsi mülkü kimi satmaqdan gözü doymur, Qarabağ əlilinin icarəsindəki torpaqdan da pay umur. Bu, ən azı, vicdansızlıq deyilmi? Gərək elə DTX məcbur etsin icra hakimiyyətini vicdansızlığını boynuna almağa? Hələ ki, gec deyil, icra başçıları könüllü vicdan etirafı etsin. Elə nazirlik rəsmiləri də. Bir də gördün, DTX kamerasının qarşısında dilin topuq vura-vura nitq söyləyirsən". Geri qayıt |