Əsas Səhifə > Siyasət, Manşet > "Bizi kölə gününə qoyub..."
"Bizi kölə gününə qoyub..."28-04-2020, 08:28 |
DİA.AZ: - “Ucar Aqroservis”in işçiləri tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar yazır: "Ucar "Aqroservis"in rəisi Ruslan Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib bizi kölə gününə qoyub.Belə ki, bu şikayəti imazalayan şəxslər hər birimiz Ucar "Aqroservis"-dən 20140cü il tarixdə lizinq yolu ilə kənd təsərrüfatı texnikası götürüb işlədirik və vaxtlı-vaxtında pulumuzu ödəyirik. Hər il üçün taxıl biçimi mövsümündə gecə-gündüz işləyib 3000 manat pul ödəyirdik.Bu il isə Ucar "Aqroservis" rəis vəzifəsinə yeni təyin olunmuş Ruslan Əliyev bizdən 100 % yəni 6000 manat pul ödəməyi həttda əlavə olaraq onada pul verməyi tələb edir.Bu isə korrupsiya cinayətidir.Qeyd edək ki, hazırda Ucar, Zərdab və Kürdəmir rayonlarında susuzluğa görə bu il əkilən taxılların 90 % bitmədi.Buna görə bizim işimizdə ağırlaşdı qazancımız demək olar ki, çox az olcaq. Belə olan təqdirdə biz nəinki 6000 manat heç 3000 manatı da ödəyə bilməyəcəyik. Biz Ucar "Aqroservis"in rəisi Ruslan Əliyevin korrupsiya əməlləri barədə baş idarəyə Akşin adlı şöbə müdirinə zəng edib şikayətimizi bildirdikdə dedi ki, Ruslan Əliyev nə deyirsə onunla razılaşın, siz hara şikayət etsəniz ərizələriniz araşdırılması üçün bizə gələcək məndə rəy verəcəm ki, yalandır, özünüzü yormayın mənası yoxdur. Ruslan Əliyev nə deyirsə onunla razılaşın. Sonradan bizə məlum oldu ki, Ucar "Aqroservis"in rəisi Ruslan Əliyevi məhz Aqşin adlı şöbə müdiri himayə edirmiş. Qeyd edək ki, 2019-cu ilin istehsalı olan "Sampo" 2065 markalı kombaynı Ruslan Əliyev qanunsuz olaraq Hikmət adlı öz yaxın adamına vermişdir.O, isə ötən il İsmayıllı rayonunda kombayının cprs aparatını və telefonunu söndürərək bütün mövsüm ərzində taxıl biçini aparmışdır.Bu isə ciddi qanunsuzluqdur.Çünki qanuna əsasən lizinqdə olan kombaynların cprs aparatı açıq olmalıdır ki, neçə hektar taxıl biçilməsi qeydə alınsın. Qeyd edək ki, Ruslan Əliyev Ucar "Aqroservis"-ə rəis vəzifəsinə təyin olunmamışdan əvvəl Kürdəmir rayon icra hakimiyyətində şöbə müdiri vəzifəsində işləyib.Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zəbt etdiyi örüş torpaqlarında böyük bir iri və xırda buynuzlu heyvan ferması yaratmışdır.Həmin örüş torpaqlarının böyük hissəsini isə təyinatı dəyişmədən əkin işi aparmışdır.Hazırda Kürdəmirdə yerləşən həmin fermada 10 min baş qoyun, 1000 baş iri buynuzlu heyvan saxlanılır. Hörmətli prezidentimiz İlham Əliyev çıxşlarında tez-tez vətəndaşları incidən dövlət əmlakın talan edən vəzifəli şəxslərə barmaq silkələyib qanunlara riayət etməyə çağırır.Ancaq çox təssüf olsun ki, Ruslan Əliyev bundan nəticə çıxarmaq istəmir. Çünki onu dövlət və qanunlar yox öz maddi marağı düşündürür. Xahiş edirik, şikayət ərizəmizi bizim iştirakımızla yerində araşdırıb “Ucar Aqroservis”in müdiri Ruslan Əliyevin və onu himayə edən baş idarədə işləyən Aqşin adlı şöbə müdirinin barəsində ciddi tədbirlər görəsiniz". dia-az.life olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |