Əsas Səhifə > Siyasət, Manşet > Bu faktlar Mehdiyevi bitirəcək...
Bu faktlar Mehdiyevi bitirəcək...20-04-2020, 09:50 |
DİA.AZ: - "İşdir-şayətdir, Dövlət Gömrük Komitəsinin rəhbəri birdən maraqlanar ki, bu nədir belə? Mən də dərhal cavab verərdim ki, bu peyk görüntüsü bizim gömrük generalının Çexiyadakı şəxsi gömrük postudur. O buna inanmaq istəməyəcək, ona görə də bir az obrazlı şəkildə "Azərbaycanın Çexiyadakı gömrük postu" adlandıra biləcəyimiz kompleksə aid sənədləri də əlavə edirəm". Xatırladaq ki, bu faktlar bir müddət əvvəl yerli KİV-də araşdırmaçı-jurnalist Cavanşir Həsənli tərəfindən işıqlandırıldı və böyük rezonansa səbəb oldu. DİA.AZ-a bununla bağlı ilginc məlumatlar daxil olub. Belə ki, mötəbər mənbədən sızan informasiyaya görə, hazırda həmin faktlarla bağlı araşdırma başlayıb və təqdim olunan sənədlər araşdırlır. Mənbənin dia-az.life-a söylədikləri: "Açıqlanan faktlar ciddiyə alınıb və məlum olub ki, Səfər Mehdiyevin bu əməllərindən heç də Azərbaycanda məlumatlı olmayıblar". Qeyd edək ki, Səfər Mehdiyevlə bağlı həmin faktların təqdimatında deyilirdi: "68 evdən ibarət bu kompleks Çexiyanın Brno şəhərində, Holasice qəsəbəsində yerləşir. Kompleksin tikintisi Sumqayıt baş gömrük idarəsinin rəisi Vəzir Həsənovun Çexiyada sahib olduğu "HASAN&SONS" şirkəti tərəfindən həyata keçirilib. Şirkətin möhürü ilə təqdim olunan sənəddə evlərin və həyətyanı ərazilərin sahəsi qeyd olunub. Yox, cənab general bu qədər işi təkbaşına görməyib, bu kompleksin tikintisində başqa gömrük məmuru ona ortaqlıq edib. Fərid Vəliyev komitənin tranzit əməliyyatları şöbəsinin rəisidir. Gəncdir, amma Vəzir Həsənov ona biznesdə "özünü təsdiq etməyin" yolunu öyrədib. Biznesdə də general titulunu haqq edən Vəzir Həsənovun Çexiyada 34 mənzildən ibarət digər yaşayış kompleksi və kompleksə aid 300 kv.m.-lik restoranı və 800 kv.m.-lik ticarət mərkəzi haqqında faktları, sənədləri də bu yaxınlarda paylamışdım. Görünür, Səfər Mehdiyev belə "xırda" məsələlərlə maraqlanmır, ya da, ha oxuyub, bir şey baş aça bilməyib. Yəqin ki, bu dəfə də maraqlanmayacaq". dia-az.life olaraq həmin sənədləri təqdim edirik: İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |