Əsas Səhifə > Siyasət, Manşet > Sabiq deputatın qardaşı insanlara sənədsiz ev satıb, xaricə qaçdı

Sabiq deputatın qardaşı insanlara sənədsiz ev satıb, xaricə qaçdı


14-04-2020, 13:54
Sabiq deputatın qardaşı insanlara sənədsiz ev satıb, xaricə qaçdı
Keçmiş deputatın qardaşı tərəfindən aldadılan qadın Yasamal Rayon Məhkəməsinə şikayət edib.

“Yeni Sabah”ın məlumatına görə, Orucova Validə Xalidşah qızı “Aslan” MTK-nın rəhbəri Abbasov Fərhad Gülbala oğlundan əmlakının geri qaytarılması və mənəvi zərərini tələb edir. Məhkəmə prosesi Emin Mehdiyevin sədrliyi ilə keçiriləcək.

Belə ki, Validə Orucova “Aslan” MTK tərəfindən Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 788-ci məhəllədə yerləşən 18 mərtəbəli binadan pulunu ödəyərək mənzil alıb. "Aslan” MTK 2004-cü ildə bu ərazini Bakı şəhər İcra Hakimiyyətindən alsa da, burada tikinti aparılmasına icazə sənədi ala bilməyib. Buna rəğmən ərazidə 18 mərtəbəli bina tikilib və vətəndaşlara satılıb. Ancaq bina dövlət qeydiyyatına alınmadığından sakinlərə "kupça” verilməyib. Binanı tikən sahibkar, "Aslan” MTK-nın sədri Abbasov Fərhad Gülbaba oğlu isə 2010-cu ildə Azərbaycanı tərk edərək İspaniyaya qaçıb.

Araşdırmalarımız zamanı məlum oldu ki, MTK-nın sahibi Fərhad Abbasov Azərbaycan parlamentinin keçmiş üzvü, 2005-2010-cu illərdə deputat olmuş Lalə Abbasovanın qardaşıdır. Belə ki, MTK daha əvvəl Lalə Abbasovanın digər qardaşı Rafiq Abbasovun adına olub, lakin sonradan şirkət o biri qardaşın adına keçirilib.

Onu da qeyd edək ki, adıçəkilən binada yaşayan insanların demək olar ki, hamısı “Aslan” Mənzil Tikinti Kooperativi tərəfindən aldadılıb. Belə ki, ötən ilin noyabr ayında həmin binada yaşayan sakinlərdən biri, haqsızlığından cana doyan Damət Ağayev yaşadığı binanın damına çıxaraq özünü oradan atmaq istəyib.

Sabiq deputatın qardaşı insanlara sənədsiz ev satıb, xaricə qaçdı

Geri qayıt