Əsas Səhifə > Siyasət, Manşet > EVDƏ QAL: Mən də atamın üzünü görmək istəyirəm...

EVDƏ QAL: Mən də atamın üzünü görmək istəyirəm...


31-03-2020, 10:28
EVDƏ QAL: Mən də atamın üzünü görmək istəyirəm...
DİA.AZ: - Bu gün bütün bəşəriyyət amansız bir xəstəliklə savaşdadır. Elə Azərbaycanımız da.

Dövlətimiz şükürlər olsun ki, bu vaxta qədər hər bir vətəndaşın həyatı üçün bütün mümkün variantlara əl atır və bundan sonra da eyni iradə və qətiyyətlə xalqımızın hər bir fərdi uğrunda savaş niyyətini ortaya qoymaqdadır.

Bəs, biz vətəndaşlar NƏ EDİRİK? Dövlətimizin, dövlət rəhbərliyimizin addımlarına - BİZİM UĞRUMUZDA APARDIĞI MÜCADİLƏYƏ hansı reaksiyanı veririk?

Görünəni odur ki, hələ üzləşdiyimiz bəlanın nə qədər təhlükəli, baş verənlərin nə qədər dəhşətli olduğunu və hansı böyük fəlakətlərə səbəb ola biləcəyini dərk etməyənlər də var.

DÖVLƏT NƏYİSƏ QADAĞAN EDİRSƏ, BU BİZİM UĞRUMUZDADIR, BİZƏ GÖRƏDİR!!!

Bu həqiqəti anlamaq lazımdır...

Hə bir də... Ən vacibi...

Bu gün həkimlərimiz, polislərimiz... bir ordu kimi Azərbaycan insanının təkcə asayişini yox, təkcə sağlamlığını yox, həm də bundan sonrakı mövcudiyyətini belə qorumaq üçün bir SAVAŞDADIR!

Onlara dəstək olmaq zorundayıq. Onların işinin nə qədər ağır olduğunu bilə-bilə hansımızsa dövlətin qadağa çağırışlarına uymayaraq "sosial şıltaqlıq" təcəssümünə meyillənərək "əşi mənə heç nə olmaz" deyib özünü əlahiddə hesab edənlərdəniksə, həmin şəxs birbaşa millətin qəsdinə durmuş kimidir ki, bunun da sadə adı var: MİLLƏTƏ XƏYANƏT!

Necə ki, bu gün bizim sağlamlığımız - VARLIĞIMIZ naminə öz həyatlarını risqə ataraq bu gün əsl qəhrəmanla kimi döyüşən həkimlərimiz, polislərimiz var və onların hazırki mücadilələri bir QƏHRƏMANLIQDIR... eləcə də bütün bu mübarizəmizdə dövlətin işini axsatmağa çalışanların da əməli XƏYANƏTDİR!!!

Hə bir də... Ən vacibi...

Həmin həkimlərin və polislərin də övladları var... Neçə gündür həmin övladlar polis, həkim ata və analarının üzünü görmürlər... Bunu bilirdinizmi? Onların da çağırışıdır bu: EVDƏ QAL: Mən də atamın üzünü görmək istəyirəm...

Hə bir də... Ən vacibi...

Əslində hamısı vacibdir. Ən vacibi isə elə DÖVLƏTİN ÇAĞIRIÇLARINA QULAQ VERMƏK, DÖVLƏTİN ƏMRLƏRİNƏ TABE OLMAQDIR!

Çünki hər bir addım bizim uğrumuzadır...

Tanrı millətimizi qorusun!!!

Məhəmməd ƏRSOY
DİA.AZ-ın Baş redaktoru

Geri qayıt