Əsas Səhifə > Siyasət, Manşet > Təhsil Nazirliyində TƏHLÜKƏLİ AB-HAVA...
Təhsil Nazirliyində TƏHLÜKƏLİ AB-HAVA...25-11-2019, 09:50 |
Ermənilərin apardıqları məkrli siyasətin nəticəsində XX əsrin sonlarında tarixi ərazilərimiz olan Qərbi Azərbaycandan-Ermənistan torpaqlarından sonuncu azərbaycanlı da qovuldu. Özü də bu proses insanlığa zidd olan bir tərzdə-ən dəhşətli,təhqiramiz bir formada həyata keçirildi. Sonra olanları özünüz yaxşı bilirsiniz. Biz indi Milanda hansısa bir videobloggerin timsalında Paşinyana “torpaqlarımızı qaytarın” deyə yalvarırıq. İçimizdəki “erməni sevgisi”ni öldürə bilmirlər, gizli “hay aşiqliyi” çoxlarının qəlbində qorunur Öz dədə-baba torpaqlarını,anasının məzarını ziyarət etməyə gedən Dilqəmi,Şahbazı ermənilər 5 ildir əsir saxlayırlar. Özü də hər gün öldürə-öldürə,əzə-əzə... Bizdə isə erməni məhbusu Baqdasaryan yanağından qan dama-dama Çin dilini öyrənir. Qarabağda son izlərimiz məhv edilir, dədə-baba məzarlarımız dağıdılır, qız-gəlinlərimiz əsirlikdə qocalır. Siyahını nə qədər desəniz uzatmaq olar-təhqirin elə bir forması yoxdur ki, biz onunla üzləşməyək. Torpaqlarımız işğal,özümüz də masqara obyekti olmuşuq. Ermənilər bizim şir ürəkli oğullarımızı öldürə bilirlər, tariximizi,mədəniyyətimizi məhv edirlər.Amma içimizdəki “erməni sevgisi”ni öldürə bilmirlər, gizli “hay aşiqliyi” çoxlarının qəlbində qorunur. Yüz minlərlə həmvətənimiz ayaqyalın,başıaçıq didərgin düşəndə biz fəxrlə bəyan edirdik ki, təkcə Bakıda 30 min erməni yaşayır. Adını,soyadını dəyişərək, ərciyəzlərinin qoynunda xumarlanaraq. Xocalı abidəsinin bəlkə də yüz dəfə yanından qımışaraq keçib bu “gəlinlərimiz”, “qudalarımız”... Dəhşətli olanı bu deyil, qorxulusu odur ki, bu sevgidən doğulanlar yüksək postlara ayaq açır, vəzifələr tuturlar. “Roma papasından daha artıq katolik” kimi görünməyə cəhd etsələr də, hər vəchlə dansalar da onların genetik bağlılığı bu günümüz və gələcəyimiz üçün təhlükə olaraq qalır. Sabah tikilən məktəblərin üzərində erməni xaçlarına, memarlığında erməni ornamentlərinə rast gələndə bunun cavabını kim verəcək? Rubrika.Az saytına daxil olan məlumata görə, Təhsil nazirliyində mühüm postlardan birində əyləşən, şöbələrdən birinə rəhbərlik edən erməni əsilli şəxs imkan düşəndə “dayılarına” olan sevgisini gizlətmir, ötən günlərin xiffətini çəkir. Nəzərə alsaq ki, söhbət Təhsil nazirliyindən və orda rəhbər mövqe tutan şəxsdən gedir, adamın deməyə sözü qalmır. Bu təhsilimizə, gələcəyimizə vurulan ən böyük zərbə,edilən ən böyük xəyanətdir. Biz daha nələr yaşamalıyıq ki, bu lənətə gəlmiş ”erməni sevgisi”ndən xilas olaq? Övladlarımızın taleyini etibar etdiyimiz nazirliyin kabinetlərində rahat kreslolarda əyləşən belə “haycanlı”ların təxribatından bizi kim sığortalayıb? Bəs eləmədimi onlardan çəkdiklərimiz,daha nə qədər qurbanlar verməliyik ki, kor olan gözlərimiz açılıb həqiqəti görsün? Sabah tikilən məktəblərin üzərində erməni xaçlarına, memarlığında erməni ornamentlərinə rast gələndə bunun cavabını kim verəcək? Hər bir xalq dostluq etdiyi kimi düşmənçilik etməyi də bacarmalıdır. Əks təqdirdə o heç bir zaman qalib gələ bilməz. Unutmayaq! PS. Mövzu ilə bağlı hazırda araşdırmalarımız davam edir. Yaxın günlərdə oxucularımıza bu erməninin kimliyi haqqında geniş məlumat veriləcək. Rubrika.Az Geri qayıt |