Əsas Səhifə > Siyasət, Manşet > "Sizdən xahiş edirəm ki, qanuni qüvvəsini almış məhkəmə qərarının icra edəsiniz"

"Sizdən xahiş edirəm ki, qanuni qüvvəsini almış məhkəmə qərarının icra edəsiniz"


11-11-2019, 09:42
"Sizdən xahiş edirəm ki, qanuni qüvvəsini almış məhkəmə qərarının icra edəsiniz"
DİA.AZ: - Bərdə rayon, Çələbilər kəndində yaşayan, Qarabağ müharibə əlilli, çavuş Əsədov Elman Yunis oğlu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bildirmək istəyirəm ki, dekabr 1992-ci ildən mart 1994-cü ilədək 772 saylı hərbi hissədə xidmət etmişəm, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışam. Ailəliyəm 3 uşağım var.

2-ci qrup Qarabağ Müharibə əlilliyəm.

Qeyd etmək istəyirəm ki, DSMF Bərdə rayon şöbəsindən Prezident təqaüdü alıram, DSMF Bərdə rayon şöbəsinə qanuna müvafiq olaraq müraciət etdim ki, mənə Prezident təqaüdünün ödənilməyən 2013-cü ildən 2016-cı ilədək fərq məbləği ödənilsin, lakim bu barədə müraciətimə imtina edilmişdir, məcbur qalıb məhkəməyə müraciət etdim, məhkəmə xeyrimə qərar qəbul etdi və məhkəmə qərarı 19.07.2019-cu ildə qanuni qüvvəsini almışdır, lakin bu günə kimi hələdə məhkəmə qərarı icra edilməyərək qalmaqdadır.

"Sizdən xahiş edirəm ki, qanuni qüvvəsini almış məhkəmə qərarının icra edəsiniz"

Sizdən xahiş edirəm ki, qanuni qüvvəsini almış məhkəmə qərarının icra edəsiniz, mənə ödəniləcək pul vəsaitinin hesablanıb cəminin nə qədər olması barədə yazılı şəkildə məlumat verəsiniz və mənə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni 2013-cü ilin noyabr ayından 2016-cı ilin noyabr ayına qədər cəmi 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə müvafiq göstəriş verəsiniz".

Geri qayıt