Əsas Səhifə > Siyasət, Manşet > Deputat oğlu ilə bağlı minnətçi düşüb
Deputat oğlu ilə bağlı minnətçi düşüb28-08-2019, 10:21 |
“Relax” qalmaqalından sonra yaxın qohumları, o cümlədən oğlu və qardaşı oğlu həbs olunan depuatat İqbal Məmmədov çıxılmaz vəziyyətə düşüb. JAMAZ.İNFO xəbər verir ki, vergi və polis əməkdaşlarının döyülməsi faktına görə həbs olunan yaxınlarını çıxarmaq üçün Məmmədovun xahişə getmədiyi qapı qalmayıb. Aldığımız məlumata görə, İqbal Məmmədov əvvəlcə məsələni “Bandotdel”də həll etmək istəyib. Amma istəyinə çata bilməyib. Məhkəmə yolu ilə problemin çözülməsinə çalışmaları da fayda verməyib. Son bilgilərə görə, deputat bu günlərdə Baş Prokurorluğa üz tutub. Mənbənin dediyinə görə, prokurorluqda oğlu və qardaşı oğlunun heç olmasa ev dustaqlığına buraxılması məsələsində razılıq əldə etməyə çalışıb. Lakin, bu niyyəti də baş tutmayıb. Geri qayıt |