Əsas Səhifə > Siyasət, Manşet > Əhəd Abıyev Bakıya gələ bilməsə də...
Əhəd Abıyev Bakıya gələ bilməsə də...17-07-2019, 11:54 |
DİA.AZ: - Uzun müddət özünü Daşkəsən RİH başçısı postunda narahat hiss edən və Bakı rayonlarından birinə başçı gəlmək istəyən Əhəd Abıyev istəyinə müəyyən qədər nail ola bilmək üzrədir. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub. Belə ki, xəbəri verən qaynağa görə, yaxın günlərdə gözlənilən icra başçısı dəıyişikliklərində Əhəd Abıyevin Lənkəran rayonuna rəhbər gətirilməsi gözlənilir. Mənbənin dia-az.life-a söylədikləri: "Hazırda Lənkərana başçılıq edən Taleh Qaraşov isə birdəfəlik olaraq görəvdən alınacaq. Onun səhhətindəki problemlər təkrartəyinatına imkan vermir". Mənbə iddia edir ki, eyni zamanda Bakının Xətai rayonuna da rəhbər təyinatı nəzərdə tutulub və bu vəzifə uğrunda əsas rəqabət 3 namizəd arasında gedir. Bu barədə daha geniş məlumatı təqdim edəcəyik. Bizi izləyin... Geri qayıt |