Əsas Səhifə > Siyasət, Manşet > "Günah bizdə yox, Azəriqaz İstehsalat Birliyinin rəhbərliyindədir..."

"Günah bizdə yox, Azəriqaz İstehsalat Birliyinin rəhbərliyindədir..."


7-03-2019, 09:58
"Günah bizdə yox, Azəriqaz İstehsalat Birliyinin rəhbərliyindədir..."
Bildiyiniz kimi son dövrlərdə ölkədə qaz partlayışı hadisələrinin geniş yayılması, baş verən dəm qazı sızmalarından boğulma ilə nəticələnən zəhərlənmələr vətəndaşların həyatına ağır xəsarətlər yetirməsi ilə gündəm mövzusu olur, hətta ölümlə nəticələnən bu cür xoşagəlməz hadisələr də az təsadüf edilməmişdir. Bunlardan biri də Yaqub Mehdiyevlər ailəsində baş vermişdir.

Azerbaycanrealligi.com-a müraciət edən Mehdiyev Yaqub Novruz oğlu bildirir ki, Binəqədi rayon Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi Zahid Qənbərov küçəsi 24, mənzil 2 ünvanında yaşayır. Onun şikayəti Azəriqaz İstehsalat Birliyinin səhlənkarlığı ilə bağlıdır. Şikayətçi vətəndaş bildirir ki, onun hal-hazırda yaşadığı ünvanda 4 dəfə qaz partlayışı hadisəsi baş verib. O qeyd edir: "Hər dəfə zəng edib şikayətimizi bildirdikdə əsassız olaraq iddia edirlər ki, partlayış bizin kalonka ilə bağlıdır, məsuliyyəti bizim üzərimizə atırlar. 3 dəfə partlayış nəticəsində mən yanandan sonra bildirdilər ki, yaxınlıqda olan "Dədə Qorqud" restoranı var, onun ətrafındakı 100 min diametrlik torba deşilmiş halda aşkarlanmışdı. Birinci partlayışdan sonra evimin 5 pəncərəsi sıradan çıxmışdı, hamamın tavanı tamamilə sıradan çıxmışdı, evin bir otağında tül pərdələr yanmışdı. Xeyli sayda ziyan dəymiş evimə təxmini 2000-2500 manat ziyan dəymişdi. Daha sonra hamamda kalonka dəyişdirildi, ona da təxminən 5000 min manat məbləğ xərcləndi. Hamamın kalonkası dəyişəndən sonra daha bir partlayış baş verdi. Bu partlayışdan sonra səbəb məlum oldu.
Bəlli oldu ki, günah bizdə yox, Azəriqaz İstehsalat Birliyinin rəhbərliyindədir. Həmin idarənin nəzdində 4 qurum yaradılıb. O deyirdi ki, mənlik deyil, bu deyirdi ki, mənlik deyil. İndi onun nəzdində bir qurum yaradıblar. Həmin qurum təmiz qazı gəlib yoxlayandan sonra bildirdi ki, filan yerlərdə qaz sizması var, indi də problemi Binəqədi Rayon Qaz İdarəsinin üstünə atıblar. Orada da problemi hərə birinin üstünə atdı. Nəticədə də, mənim gəlinim Mehdiyeva Turanə yanaraq ağır xəsarət aldı. Fotolarda gördüyünüz kimi hansı acınacaqlı vəziyyətdədir. Yaxşı ki, ağır nəticə ilə bitmədi. Allah onu uşaqlarına bağışladı. Bundan da sonra heç bir qurum vəziyyətimizə lazımi reaksiya vermədi. Bir gün Azərqazın hüquqşünası gəlib dedi ki, nə məsələdir. Dedim: "Vallah, mən sizə bir söz demirəm, amma xərcim çıxır". O zaman xərcim artıq 10 min manatı ötmüşdü. Hüquqşünas dedi ki, vallah, bizim pulumuz yoxdur, gedib fəhlələrdən, süpürgəçilərdən pul yığıb sizə verərik.
Mən də əsəbi halda ona bildirdim ki, mən sizin üçün dilənçi deyiləm. Daha sonra Fövqəladə Hallar Nazirliyində cinayət işi açıldı, günahkar həqiqətən də, bunlar çıxdılar. Baş vermiş hadisə ilə bağlı cinayət işi açılaraq araşdırılması üçün göndərildi Binəqədi Rayon Prokurorluğuna. Artıq araşdırılma gedir, 1 il 2aydır araşdırma gedir. Bu tərəfdən də ağır xəsarət alan gəlinimlə bağlı müalicə gedir, əli toka verilir, maye dərmanlar almağa və digər müalicələrə demək olar ki, 30 min manat xərc çəkilib, hələ də müayinələr davam edir, pullar çıxır. Azəriqazın Baş İdarəsinə bizim ailəyə dəymiş ziyanla bağlı müraciət etsək də, deyirlər ki, pulumuz yoxdur. Nazirlik və bir neçə güc strukturlarına da müraciətlər etmişik, cavab gəlib ki, bizim səlahiyyətimizdə deyil, məhkəməyə müraciət edin."

Şikayətçi bildirir ki, onun tələbi ona dəymiş ziyanın ödənilməsidir: "Gəlinimə qrup verilməlidir, çox qrumlar da bu barədə sənəd verərək təsdiq edib. İndi sənədlər vitekə gedib oradan da cavab gəlib ki, bunun müalicəsi davamlı olmalıdır. Mən də məlumat aldım ki, bu cavab doğrudur, müalicəsi davam etməlidir ki, tam məlum olsun sağalma ehtimalı var, ya yox. Amma onun yanıq xəsarəti dərin və ağır olduğu üçün ona qrup dərhal verilməli idi, lakin Əmək Və Əhalinin Sosial Müdafiəsi Fondunun vecinə deyil, özləri yanmayıblar axı, özləri yansaydılar, belə etməzdilər. Deyirlər ki, vətəndaş yanıb, cəhənəm olsun".



Vətəndaş Mehdiyev Yaqubun dediklərini daha ətraflı aşağıdakı video bölümdə izləyə bilərsiniz. Gəlini Turanə Mehdiyevanın ağır yanıq xəsarətləri isə yazı üzərində olan foto faktlarda əks olunub.

Adıçəkilən qrumların mövqelərini dərc etməyə hazırıq.

"Günah bizdə yox, Azəriqaz İstehsalat Birliyinin rəhbərliyindədir..."
"Günah bizdə yox, Azəriqaz İstehsalat Birliyinin rəhbərliyindədir..."
"Günah bizdə yox, Azəriqaz İstehsalat Birliyinin rəhbərliyindədir..."
"Günah bizdə yox, Azəriqaz İstehsalat Birliyinin rəhbərliyindədir..."
"Günah bizdə yox, Azəriqaz İstehsalat Birliyinin rəhbərliyindədir..."
"Günah bizdə yox, Azəriqaz İstehsalat Birliyinin rəhbərliyindədir..."

Geri qayıt