Əsas Səhifə > Siyasət, Manşet > Xalqda narazılıq yaradan başçılar da cəzalanacaq...
Xalqda narazılıq yaradan başçılar da cəzalanacaq...27-02-2019, 09:50 |
DİA.AZ: - Daha bir rayonun rəhbərinin dəyişdirilməsi gözlənilir. Bu barədə DİA.AZ-a hpkumətdəki bilgili qaynaqlardan informasiya daxil olub. Məlumatı verən mənbə iddia edir ki, yaxın günlərdə İmişli rayon İcra Hakimiyyətinin başçısı postunda yenilənmə olacaq. Qeyd edək ki, hazırda bu vəzifəni daşıyan Vilyam Hacıyev heç də müsbət reputasiyalı birisi hesab olunmur. Hələ Samix rayonuna rəhbərlik etdiyi dönəmlərdən sahibkarlarla dil tapa bilməyən İmişlinin hazırki icra başçısı qeyd olunan mövqeyində də eyni zümrədən olan vətəndaşlara qənim kəsilirmiş kimi göründü. Belə ki, bu gün İmişlidə nəinki iri və orta sahibkarlar, hətta xırda təsərrüfat sahibləri belə Vilyam Hacıyevin əlindən təngə gəliblər. Bütün bunları xatırladan mənbə dia-az.life-a bildirir ki, zaman-zaman Vilyam Hacıyevdən yuxarı instansiyalara davamlı şikayətlərin göndərilməsi də onun "barəsində ən çox narazılıq olan icra başçısı" statusunu üst düzəydə də yetərincə möhkəmlədib. Mənbənin dia-az.life-a söylədikləri: "Son günlər dövlət başçısı məhz xalqa yönəlik siyasəti ilə diqqətə gəlməkdədir ki, bu məsələdə nümayiş etdirilən prinsipiallıq hər bir vətəndaş tərəfindən təqdir olunur. Belə bir məqamda təbii ki, xalqda narazılıq yaradan icra başçılarının da görəvdən alınması sözügedən siyasi dəst-xəttin təzahürlərindən biri kimi qəbul oluna bilər". Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri də dinləməyə hazırıq... Geri qayıt |