Əsas Səhifə > Siyasət, Manşet > BUD-ya rəhbərlik uğrunda ÇƏKİŞMƏ...

BUD-ya rəhbərlik uğrunda ÇƏKİŞMƏ...


12-02-2019, 10:11
BUD-ya rəhbərlik uğrunda ÇƏKİŞMƏ...
Böyük bir qalmaqal sonunda Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Abel Məhərrəmovun postu uğrunda sözügedən təhsil ocağında mübarizə başlayıb.

Bir müddət öncə bir sıra elektron kütləvi informasiya vasitələrində (AzToday.az rubrika.az) BDU-nun Hüquq fakultəsinin dekanı Əmir İbrahim oğlu Əliyev rektor seçilmək üçün bütün mumkun vasitələrdən istifadə etdiyi bildirilirdi.

“Artıq indidən Əmir Əliyev özünü sanki vəzifəyə təyin olunubmuş kimi aparır, yaxın çevrəsinə “bu gün-sabah fərman imzalanmalıdır” deyə ürək-dirək də verir. Ən maraqlı məqam ondan ibarətdir ki, əmrini gözləyən Əmir Əliyev “lazım olan adamları gördüyünü”, “ hər kəsin haqq-hesabının” çatdığını da tez-tez dilə gətirməkdən çəkinmədiyi qeyd olunur. Bakı Dövlət Universitetinin hüquq fakultəsinə rəhbərliyi dönəmindən külli miqdarda kapitala sahib olduğu bildirilir. Onun imtahanlarda kəsiri yaranmış tələbələrdən fantastik məbləğlərə qiymətlərə düzəliş etdiyi də söylənlərə daxildir.

Qeyd edək ki bu günlərdə Aktualinfo.org-a verilən məlumata görə sözügedən post uğrunda mübarizəyə daha bir dekan, 2006-cı ildən Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinə (keçmiş Beynəlxalq münasibətlər və beynəlxalq hüquq) rəhbərlik edən Zeynal Həsənalıyev də qoşulub.

Məlumatlı mənbənin sözlərinə bu mübarizəyə qoşulanların sayı çoxdur. Amma kimin bu postu tutacağı onun bağlandığı adamları ilə bağlıdır. Qeyd edək ki, Zeynal Həsənalıyev uzun müddətdir Bakı Dövlət Universitetində çalışır. Hakimiyyət dairələrinə yaxınlığı ilə tanınan Zeynal Həsənalıyev, Əməkdar elm xadimi, professor Həsən Mirzəyevin vəfatından sonra Dərələyəz mahalının ağsaqqalı funksiyasını da daşıyır.

Bunlardan əlavə Zeynal Həsənalıyevin yuxarı dairələrdə olan yaxınlarının çoxluğunu nəzərə alsaq onun sözügedən vəzifəyə diğərlərindən bir addım daha yaxın olduğu ehtimalını da artırır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Aktualinfo.org

Geri qayıt