Əsas Səhifə > Siyasət, Manşet > Göyçay rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq...
Göyçay rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq...5-02-2019, 09:09 |
DİA.AZ: - Göyçay rayonu Vaqif küçəsi ev 34 sakini Səmədov Ramiz Aslan oğlu tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş yazır: "Göyçay rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq, korrupsiya soyğunçuluq baş alıb gedir. Göyçay şəhəri Nətavan küçəsi bina 7 mənzil 52 sakini Əliyev Balaseyid Seyağa oğlu qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir.Buna görə müalicə olunmaq üçün Göyçay rayon xəstəxananın terapeya şöbəsində stasionar müaəlicə alan vaxtı buranın baş həkimi Elçin Bilalovun yaratdığı korrupsiya şəbkəsinin əməllərinin əyani şahidi olub deyə xəstəliyi daha da ağırlaşıb.Burada xəstələr dava-dərmanı öz ciblərinin pulu ilə Elçin Bilalovun özünə məxsus aptekdən alırlar.Gün ərzində adı olsa da, ancaq xəstələrə yemək verilmir, evdən gətirilən qidaları qəbul edirlər. 04 fevral 2019-cu il tarixdə burada Şahin adlı İsmayıllı rayonunun Mollisaqqalı kənd sakini həkim səriştəsizliyinə görə vəfat edib.Həmin vəfat etmiş şəxsin meyitini aparmağa gəlmiş qohumlarına həkimlər hücum çəkib pul tələb etdilər ki, qohumunuza burada baxmışıq buna görə pul verməlisiniz. Hazırda burada stasionar müalicə alan 2-ci qrup Çernobıl əlili Cəfərov Bəhman Cəbrayıl oğlu palatada çığıra-çığira qalıb onu müalicə edən yoxdur.Ürək və şəkər xəstəsi olan Bəhman Cəfərovun halını görə adam dəhşətə gəlir. İnsan burada sanki müalicə yox işgəncə alır. Şəkər, astma və digər kateqoriyadan olan xəstələrə dövlət tərəfindən pulsuz verilməsi üçün ayrılmış dərmanları baş həkim Elçin Bilalov öz qudası Sidiqə həkimin əli ilə aptekdə satdırır. Göyçay rayon xəstəxanasında bütün xidmətlər pulludur.Elçin Bilalov baş həkim təyin ediləndən sonra xidmətin qiymətləri birə-beş artmışdır.Cərrahiyyə əməliyyatı 800-1000 manat, qan analizi 20-30 manat, ultura səs müayinəsi 30-40 manat, rentgen müaynə 30 manat, diş çəkdirmək 30 manat, həkim müayinəsi 30 manat və sairə.Burada bütün xidmətlər pulludur. İtirən dövlət olsada qazanan isə başda Elçin Bilalov olmaqla bütün heyətdir. Elçin Bilalov bura baş həkim təyin olunandan sonra ölüm halları çoxalıb ki, bununda səbəbkarı ancaq həkim səhlənkarlığı və korrupsiya halıdır.Elçin Bilalov öz korrupsiya əməlləri ilə keçmiş baş həkim Famil Zeynalovun ölənlərinə rəhmət oxutdurur.Ciddi yoxlama aparılarsa Elçin Bilalov dərhal həbs edilməlidir. Bu yaramaz korrupsioner baş həkim məclislərin birində deyib ki, "icra başçısı Mehdi Səlimzadə xəstəxananı bu kökə salıb.Ayda 10.000 manat haqq tələb edir ki, bu pulu vermək üçün belə işləməliyik". Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Səhiyyə Naziri Oktay Şirəliyevə müraciət edib xahiş edirəm Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun korrupsiya əməllərini obyektiv araşdırıb cinayət məsuliyyətinə cəlb edib qanunu tədbirlər görəsiniz". İddia olunanlarla bağlı adları çəkilən bütün şəxsləri dinləməyə hazırıq... Geri qayıt |