Əsas Səhifə > Siyasət, Manşet > Deputat kriminal izlərlə dolu villasını fantastik qiymətə satdı

Deputat kriminal izlərlə dolu villasını fantastik qiymətə satdı


30-01-2019, 10:42
Deputat kriminal izlərlə dolu villasını fantastik qiymətə satdı
Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evini fantastik qiymətə satıb.

AzEuroNews.com-un əldə etdiyi məlumata görə, bağ evi bir neçə milyon manata satılıb. Gələn məlumatlara görə, deputatın bağ evini satması maliyyə durumu ilə əlaqəli deyil, Elmira Axundovanın kasıbladığını da söyləmək olmaz. Ən azı son illər onun əmlaklarının siyahısı genişlənib, maşın parkı da yeni avtomobillərlə zənginləşib. Satılmış bağ evi deputatın oğlunun dostu və şəriki Elnur İbrahimovun cinayət işində, Həbib Axundovun yaxtasından dənizə düşərək müəmmalı şəkildə boğulan model Günel Mirzəyevanın ölüm işində də keçirdi.

Deputat kriminal izlərlə dolu villasını fantastik qiymətə satdı
Model Günel Mirzəyeva

Elnur İbrahimovun cinayət işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam edir. İş üzrə məhkəmə proseslərində Elmira Axundovanın Şüvəlandakı bağ evində iş üzrə zərərçəkənlərin toplanması qeyd olunur. Bundan başqa Günel Mirzəyeva da vaxtilə həmin bağ evində dəfələrlə olması haqda da məlumatlar yayılıb. Gələn məlumatlardan və ortada olan xəbərlərdən belə təəssurat yaranır ki, deputat ona problem yarada biləcək bağ evindən sadəcə yaxasını qurtarıb.

Deputat kriminal izlərlə dolu villasını fantastik qiymətə satdı
Elnur İbrahimov

Mövzu ilə bağlı E.Axundova ilə əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmayıb.

Geri qayıt