Əsas Səhifə > Siyasət, Manşet > Elmar Vəliyevin daha bir kadrı yol üstündədir...
Elmar Vəliyevin daha bir kadrı yol üstündədir...24-01-2019, 09:30 |
Respublikamızın ikinci böyük şəhəri kimi tanıdığımız Gəncədə bir çox dəyişikliklərin olacağanı gözləyənlər hələ də var. Bununla bərabər şəhərə o qədər də adaptasiya olunmamış yeni icra başçısı Niyazi Bayramovun kadr islahatlarını davam etdirəcəyini düşünənlər də gözləmə mövqeyindədirlər.İşlərini itirmək qorxusu ilə üzləşən bəzi məmurlar hələ də yeni başçıya yaxın adamlar vasitəsi ilə toxunulmazlıq almaq istəyirlər. 1997- 2001 -ci illərdə Gəncədə Gömrük İdərəsinin rəisi işləməsinə baxmayaraq şəhərə o qədər də yaxından bələd olmayan Niyazi Bayramov şəhərdəki məlum olaylardan sonra ehtiyyatla davranmağa daha çox üstünlük verir. Odur ki, hələ də kəşfiyyat aparan Niyazi Bayramovun ixtisar paketindən kimlərin çıxacağı məlum deyil. Məlum olanlardan biri Gəncə şəhər Gigiyena və Epidemioloğiya Mərkəzinin direktoru Nizami Əhmədovdur. Adıçəkilən şəxs sabiq başçı Elmar Vəliyevin Gəncədə etdiyi ilk dəyişikliklərdən sonra şəhər Gigiyena və Epidemioloğiya Mərkəzinə Kürdəmirdən gətirdiyi İlqar Əliyevin yerində çoxdan işləməsə də, qısa müddətdə kifayət qədər ad çıxara bilib. Bu adın nə dərəcədə yüksək olub olmamasını təbii ki, artıq yeni olmayan İcra başçısı da bilir. Elə bu səbəbdən də Nizami Əhmədov başçının çıxdaş siyahısına düşmək təhlükəsi ilə hələ də üzbəüz qalmaqdadır. Bəs necə olub ki, Nizami Əhmədov bu siyahıya düşüb. Barəsində olunan çoxsaylı şikayətlərə və şəhərdəki yarıtmaz işlərinə görə. Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzində baş verən qanunsuzluqlar barədə redaksiyamızı əməkdaşları məlumatlar əldə ediblər. Məlumatda göstərilir ki, Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinin direktoru Nizami Əhmədov mərkəzi açıq bazara çevirib. Məlumatda iddia olunur ki, gigiyena və epidemiologiya mərkəzinin işçiləri Respublika Prezidentinin qaninsuz yoxlamaların dayandırılması ilə bağlı verdiyi fərmana baxmayaraq gizlin yollarla hər ayın axırında şəhər ərazisində olan bir çox iaşə və ticarət obyektlərindən, qəssablardan və mağazalardan pul yığır. Məlumata görə buradan əldə etdiyi qazanc Nizami Əhmədovun başqa yollarla əldə etdiyi gəlirlərin çox az bir hissəsidir. Beıə ki, Nizani Əhmədov Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinə il ərzində dərman preparatlarının, ehtiyat hissələrinin, sürtkü materiallarının, digər mal-materialların, mətbəə xidmətlərinin, dəftərxana və təsərrüfat mallarının, dərman və sarğı ləvazimatlarının, ərzaq mallarının, cari təmir üçün mal-materiallarının, xüsusi geyim və yumşaq inventarların satın alınması üzrə keçirilən tenderlərdən “otkat” yolu ilə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə yol verib. “Otkat” isə kağız üzərində yaradılmış hər hansı bir firmaya görüləcək işlərin müqabilində ödənilən məbləğin nəğdləşdirildikdən sonra yarısının geri qaytarılmasına deyilir. Məlumata görə məhz bu yolla Nizami Əhmədov artıq Gəncədə rəhbərlik etdiyi qurumun vəsaitlərini mənimsəməkdə, talan etməkdədir. Hesab edirik ki, Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzində köklü yoxlamalara ehtiyac duyulur. Necə ki, Hesablama Palatası Respublika Gigiyena və Epidemologiya Mərkəzində apardığı yoxlamalar zamanı 2015-2018-ci illərdə mərkəz tərəfindən tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, dərman, reaktiv və digər materiallar üzrə çatışmazlıqlar, görülmüş işlərin hesab-fakturalarda düzgün əks etdirilməməsi nəticəsində podratçı təşkilatın hesabına artıq vəsaitlərin ödənilməsi, ödənişli xidmətin düzgün təşkil olunmaması səbəbindən görülmüş işlərə görə xidmət haqlarının tam alınmasninı təmin edilməməsi, təmir-tikinti işlərinin rəsmiləşdirilməsi zamanı iş həcmlərinin artırılması hallarına yol verilməsini müəyyən etmişdi. Sadaladığımız bu kimi qanunsuzluqlar və mənimsəmələr respublikanın Mingəçevir, Lənkəran,Şirvan kimi iri yaşayış məntəqələrində də baş verməsini və büdcə vəsaitlərinin məqsədyönlü şəkildə istifadə olunmaması hallar Hesablama Palatasının məruzəsində xüsusilə qeyd edilmişdi. Hesablama Palatası eyni zamanda nəzarət tədbiri zamanı dövlət büdcəsindən ayrılan vəsaitdən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma proseduru keçirilmədən vəsait xərclənməsinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədilə müvafiq məlumatları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilmişdi. Qeyd etdiyimiz kimi görəsən Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzində bu kimi yoxlamalar aparılsa nələr üzə çıxar,nə kimi qanunsuz halların şahidi olarıq. Elə bu kimi yoxlamaların aparılacağından və gördüyü qanunsuz əməllərin faş olacağından ehtiyat edən mərkəz direktoru bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun gec-tez qəzəbinə tuş gələcəyini artıq gözəl bilir. Baxmayaraq ki, onu Səhiyyə Nazirliyinin Sanitariya – Epidemioloji nəzarət sektorun müdiri Viktor Qasımov ciddi cəhdlə müdafiə edir. Hərçənd ki, Nizami Əhmədovu sözügedən vəzifəyə sabiq başçı Elmar Vəliyev təyin etmişdi. Aktualinfo.org Geri qayıt |