Əsas Səhifə > Siyasət, Manşet > Zərdabın icra başçısı Aprel Şəhidimizin ailəsinə qənim kəsilib...

Zərdabın icra başçısı Aprel Şəhidimizin ailəsinə qənim kəsilib...


25-12-2018, 09:37
Zərdabın icra başçısı Aprel Şəhidimizin ailəsinə qənim kəsilib...
DİA.AZ: - Zərdab rayonu Böyükdəkkə kənd sakini, aprel şəhidi Nurlan Abdullayevin atası Abdullayev Rasim Tapdıq oğlu DİA.AZ-a şikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır:

"Mənim oğlum Nurlan Abdullayev 05 aprel 2016-cı il tarixdə şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi. Mən oğlum Nurlanın vətənin azadlığı uğrunda şəhid olmasından fəxr edirəm.Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayev onun qanunsuz əməlləri barədə prezident İlham Əliyevə şikayət etdiyim üçün ailəmizi təzyiqlərə, hədələrə məruz quyub.

Zərdabın icra başçısı Aprel Şəhidimizin ailəsinə qənim kəsilib...

Evimiz yaşamağa yararsız vəziyyətdə olduğu üçün preziden cənab İlham Əliyevə ərizə ilə müraciət edib yeni mənzil inşa edilməsinə köməklik göstərməsini xahiş etmişdim.Həmin ərizəm icra olunması üçün Zərdab rayon icra hakimiyətinə göndərildi.Bundan hiddətlənən Lütvəli Babayev məni və həyat yoldaşımı hədələyib təhqir edib dedi ki, oğlunuzun şəhid adını əlindən aldıracam mən bunu bacararam.

Həyat yoldaşım buna görə intihar etmək istəyir.Artıq bu haqsızlığa görə xəstəlik tapmışıq.İnsan nə qədər əcazil ola ki, şəhid olmuş şəxsin valideyinlərinə camaatın gözü qarşıında çəkinmədən belə hərəkət edər".

Zərdabın icra başçısı Aprel Şəhidimizin ailəsinə qənim kəsilib...

Daha sonra dia-az.life-a daxil olan müraciətdə deyilir: "Mən özüm Qrabağ müharibəsi veteranıyam, qaynım Mustafayev Qaraoğlan Ağamirzə oğlu 1-ci qrup Qarabağ müharibəsi əlilidir.Bizim ailə vətənpərvərdir, ancaq Lütvəli Bbayevin özü və yaxınları vətən uğrunda gedən döyüşlər zamanı qaçıb gizləniblər. Mənim oğlum şəhid Nurlan hərbi xidməti Naxçıvanda etmişdi. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu. Şəhid Nurlan hərbi xidmətdə fərqlənməyə görə dəfələrlə order və medallarla təltif olunmuşdu.

Oğlum məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı. Biz icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik.
Zərdabın icra başçısı Aprel Şəhidimizin ailəsinə qənim kəsilib...

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm, gəlib bizim ailə vəziyyətimizi, ev şəraitimizi görüb bizə yaxından köməklik edəsiniz.Allahdan Lütvəli Babyevə isə cəza diləyirik. Allah onun bəlasını versin".

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt