Əsas Səhifə > Siyasət, Manşet > Səfər Mehdiyev DGK-nı qoruya biləcəkmi?

Səfər Mehdiyev DGK-nı qoruya biləcəkmi?


7-12-2018, 10:07
Səfər Mehdiyev DGK-nı qoruya biləcəkmi?
DİA.AZ: - Hələ Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini olarkən Səfər Mehdiyevin iş üslubu heç də bəyənilmirdi və kifayət qədər narazılıq yaradırdı. Amma buna rəğmən o, DGK-da rəhbərliyi ələ almağa müvəffəq oldu. Bu isə sözügedən sistemdə illərdən bəri formalaşan ənənəvi düzənin rəsmən alt-üst edilməsinə gətirib çıxardı.

Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, Səfər Mehdiyevin "kadr islahatı" adı altında özünə yaxın olanları görəvə gətirməsi, ədavətdə olduğu fiqurları isə çıxdaş etməsi, habelə rəqiblərinin ya birbaşa özlərini, ya da onlara yaxın olanları, 1-ci müavinliyi dövründə gözünə xoş görünməyənləri "GÖMRÜKDƏ DAXİLİ TƏMİZLƏMƏ" adı altında barələrində hüquqi araşdırmaları başlatması heç də "yuxarılar" tərəfindən birmənalı qarşılanmamaqdadır.

Mənbənin dia-az.life-a söylədikləri: "Səfər Mehdiyev ona tanınan sınaq dövrünü uğurlu şəkildə keçə bilməyib. Doğrudur, yekun nəticədə o DGK sədri postunu qorumuş kimi görünür, amma bununla yanaşı hökumətin DGK ilə bağlı bundan əvvəl gəldiyi qərara yenidən qayıtması da stimulllaşmaqdadır. Burada söhbət DGK-nin bir struktur kimi ləğvindən və birdəfəlik olaraq Vergilər Nazirliyinə tabe etdirilməsindən gedir".

Məlumatlı mənbənin sözlərinə görə, nə zamandır bu məsələ ictimai müzakirəyə çıxarılsa da Səfər Mehdiyevin himayədarları tərəfindən böyük təpgi ilə qarşılanmaqdadır. Bilgili qaynaq dia-az.life-a açıqlamasında əlavə edir:

"Bir növ qapalı şəkildə döyüş gedir. Kim qalib gələcək? Bunu zamanla görəcəyik. Burada əsas məsələ prezidentə təqdim olunan materiallarda tərəflərinin hansı birinin daha güclü arqumentlərə sahib olmasıdır".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.

Geri qayıt