Əsas Səhifə > Siyasət, Manşet > İşğal altında olan rayonlarda təhsil sistemi nədən özbaşına buraxılır?
İşğal altında olan rayonlarda təhsil sistemi nədən özbaşına buraxılır?5-12-2018, 09:36 |
Ümid varıydı ki, düşməni tapdağında olan Xocavəndin gələcək nəsilləri bilikli yetişdiriləcək, onların təhsilinə xüsusi əhəmiyyət veriləcək. Amma Xocavənd təhsil şöbəsi müdiri Ümidvar Məmmədovun fikri-xəyalından bu arzular keçmir. Xocavənd təhsili respublikada ən geridə qalan bölgələr sırasında yer alıb. İşğal edilmiş rayonların siyahısında da Xocavənd sonunculardandır. Dəfələrlə Təhsil Nazirliyi tərəfindən gələn yoxlamalarda siniflərin boş olduğu və dərslərinin demək olar ki, 3-5 uşağa keçirildiyi üzə çıxıb. Bir çox hallarda isə məktəblərdə nəinki şagird, heç müəllimdə tapılmır. Xocavənd məktəblərində vəziyyət həddən artıq acınacaqlıdır. Demək olar ki, Xocavənd məktəblərində dərs keçilmir və bunun müqabilində bir qayda olaraq hər ay dövlət büdcəsindən külli miqdarda vəsait mənimsənilir. Məktəblərdə adı keçən şagirdlərin böyük əksəriyyəti Bakıda yaşayır və Xocavənddəki məktəblərinin ünvanını belə bilmirlər. Bütün bunlar isə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun birbaşa xeyir-duası ilə baş verir. Çünki mənimsənilən dövlət vəsaitlərində icra başçısı əsas payçı kimi çıxış edir. Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 11-i orta, 2-si əsas, 4-ü isə ibtidai məktəblərdir. Eyni zamanda Xoavənddə 3 uşaq bağçası və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsi yaranıb. Amma bu rayonların arasında təhsildə ən geriləyən Xocavənd olduğu, ali məktəbə daxil olanların sayında gerilədiyi bildirilir. Xocavənd Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Şəfahət Yusifovun bünövrəsini qoyduğu və öz işində yol verdiyi ciddi nöqsanlar səbəbindən vəzifəsindən getdiyi strukturda heç nə dəyişməyib. Bu gün işğal altında olan rayonun təhsili uçuruma yuvarlanmaqdadır. Xocavənd, Beyləqan və Ağcabədi rayonlarındakı imkanlı şəxslərin övladlarının əksəriyyətinin adları bu məktəblərə yazdırılıb. Adı məktəbdə gedən şagirdlər məktəblərinin hansı kənddə hansı ünvanda yerləşdiyini belə bilmirlər. Ancaq bunun əvəzində onlar Bakı şəhərində və yaşadığı ünvanda hazılıq kursuna, yaxud müəllim yanına gedirlər. Hazırda övladlarının daha çox kurslarda və müəllim yanında hazırlaşmasına meyl edən valideyinlər Xocavənd təhsl şöbəsinə üz tuturlar. Təhsil şöbəsi müdirinin şişridilmiş dərs saatlarından aylıq qazancı isə kifayət qədər çoxdur. Hazırda Xocavənd məktəblərində həqiqətəndə acınacaqlı bir durum yaşanır. Qarşı tərəfi dinləməyə hazırıq. \\azerinfo.az\\ Geri qayıt |