Əsas Səhifə > Siyasət, Manşet > Biləsuvarın icra başçısı dəyişdirilir
Biləsuvarın icra başçısı dəyişdirilir18-10-2018, 09:14 |
DİA.AZ: - Yaxın vaxtlarda Biləsuvar rayon icra hakimiyyətinin başçısı postunda dəyişiklik həyata keçirləcək. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə məlumat verib. Xəbəri verən qaynaq iddia edir ki, hazırda Biləsuvar RİH-ə rəhbərlik edən Mahir Quliyevlə bağlı ciddi yeyinti ittihamları mövcuddur və bu faktlar Hesablama Palatası ilə Maliyyə Nazirliyi ekspertlərinin təftişindən sonra ortaya çıxıb. Mənbənin dia-az.life-a söylədikləri: "Rəqəmlər o qədər böyükdür ki, Mahir Quliyevin, eyni zamanda yerli maliyyə idarəsi müdirinin belə fəaliyyətlərinin hüquqi müstəvidə araşdırılması zərurəti meydana gəlib". Onu da bildirək ki, Mahir Quliyevin adı buna qədər də rayona dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsində hallandırılmışdı. Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |