Əsas Səhifə > Siyasət, Manşet > "AccessBank" şəhid ailəsinin evini əlindən alır...

"AccessBank" şəhid ailəsinin evini əlindən alır...


17-10-2018, 08:20
"AccessBank" şəhid ailəsinin evini əlindən alır...
DİA.AZ: - Ucar rayonu Qarabörk kənd sakini şəhid ailəsi Abdullayeva Qəmər İkram qızı tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş yazır:

"Mənim həyat yoldaşım Abdullayev Maarif Nəzər oğlu 08 iyun 1992-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.Himayəmdə olan iki övladımızı özüm namus- qeyrətlə atasız böyütmüşəm.Mən həyat yoldaşım Maarifin vətən uğrunda gedən döyüşlərdə şəhid olmasına görə fəxr edirəm qürur duyuram.
Mənim həyat yoldaşım Maarif millət- torpaq uğrunda şəhid olub buna görədə mən bu gün qeyrətli millətimdən kömək istəyirəm."AccessBank" QSC-dən 2014-cü il tarixdə götürdüyüm 13000 manat kreditin demək olar ki, hamısını artıqlaması ilə ödəmişəm.Ancaq məlum devalvasiya nəticəsində kredit borcu iki qat şişərək artdı deyə indi girov qoyduğum şəhidin evini bank əlimdən almaq istəyir.Düzdür bu bəlkədə qanundur.Ancaq bunuda nəzərə almaq lazımdır ki, mən götürdüyüm krediti ödəmişəm məndən aslı olmayan səbəbə görə öhdəliyi yerinə yetirə bilməmişəm borc iki qat artmışdır".

dia-az.life-a daxil olan müraciətdə daha sonra deyilir: "İndi ağlamaqdan gözlərimin yaşı quruyub çıxılmaz bir vəziyyətdə qalmışıq. Bank və ya hökumətimiz heç olmasa şəhidin ruhuna hörmət etsin devalvasiyanın baş verməsini, ödədiyim pulları nəzərə alsın. Mən mətbuat vasitəsi ilə Azərbaycanın qeyrətli imkanlı vətəndaşlarından xahiş edirəm şəhid ailəsinə kğmək edinki onun yaşadığı daxmasını bank əlindən almasın.Səkkiz min nəfər qeyrətli Azərbaycan vətəndaşı hərəsi 1 manatdan yardım etsə Banka olan kredit borcu ödəniləcək və şəhidin ailəsinin evi əlindən alınmaz. Qeyrətli millətim xahiş edirəm sizə yalvarıram şəhid ailəsinin harayına çatın kömək edin".

Geri qayıt