Əsas Səhifə > Siyasət, Manşet > Adil Vəliyev yola salınır

Adil Vəliyev yola salınır


16-10-2018, 09:44
Adil Vəliyev yola salınır
DİA.AZ: - Bir neçə gün əvvəl xəbər yayıldı ki, Sabunçu Rayon İcra Hakimiyyətinin icra başçısı Adil Vəliyevin qoçusu kimi tanınan Həbib adlı əməkdaşı saxlanılıb.

Məlumatda deyilirdi ki, İH əməkdaşı 4 aya yaxındır həbs olunub. Bildirilir ki, Həbib (soyadını öyrənə bilmədik-red.) Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 20 min manat rüşvət alarkən saxlanıb. Onun evindən 280 min manat vəsaitin götürüldüyü də saytımıza verilən məlumatlar arasındadır.

Qeyd edək ki, Həbiv daha çox Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin sağ əli kimi tanınıb. O, Sabunçu rayonu ərazisində tikintiyə nəzarət edən şəxs olub. Haqqında şikayətlər çox olsa da, Həbib tanınmış hüquqşünas Aslan İsmayılovla yaranmış mübahisə zəminində gündəmə gəlib. Xatırladaq ki, bir müddət öncə A.İsmayılov məlumat yayaraq Abbas Quliyev adlı Bakı sakininin Kürdəxanı qəsəbəsində 24 sot torpaq sahəsini hasara alması üçün Sabunçu İH-də Həbib adlı şəxsin vətəndaşdan hər sota görə 3000 manat rüşvət istəməsini bildirmişdi. Həmin proses sonda insidentlə nəticələnmişdi və vətəndaşın xahişi əsasında hüquqşünas məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlamışdı.

Məlumatlara görə, Həbibi rayon ərazisində tikinti fəaliyyəti ilə məşğul olan hər kəs tanıyır: “Bir adam daşı daş üstə onun icazəsi olmadan qoya bilməzdi. Amma necə deyərlər, su çanağı suda sındı və Həbib rüşvət üstündə yaxalandı”.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, əsas adamı həbs olunan Adil Vəliyevin özünün də vəzifədən alınması gündəmə gəlib. Bu barədə danışan məlumatlı mənbə iddia edir ki, yaxın vaxtlarda Adil Vəliyevlə bağlı qərar rəsmən elan olunacaq.

Mənbənin dia-az.life-a söylədikləri: "Bu həftə ərzində dəyişikliyə gediləcək və onun yehinə təyinat da baş tutacaq. Ola bilsin ki, vəzifədən alınmış köhnə başçılardan biri Sabunçuya gətirilsin. Belə bir müzakirələr də gedir".

Qeyd edək ki, mənbəmiz "vəzifədən alınmış köhnə başçılar" dedikdə Beyləqanın və Ağdamın keçmiş icra başçılarına işarə edib. Hansının yenidən təyinat alacağını və ümumiyyətlə, onlardan birinin təyinat alacağını isə zamanla görəcəyik.


Geri qayıt