Əsas Səhifə > Siyasət, Manşet > Burada işçinin həyatı heçə sayılır...
Burada işçinin həyatı heçə sayılır...21-09-2018, 09:35 |
Aşağıda sizə təqdim edəcəyimiz video sosial şəbəkələrdə yayılıb. AFN xəbər verir ki, görüntülər "Nizami Residence" şirkətinin Nizami rayonu, Elşən Süleymanov küçəsi, 49 ünvanında apardığı tikinti prosesini əks etdirir. 19 mərtəbəli bina tikən şirkətin tikinti qaydalarını pozması videodan açıq-aydın görünür. Belə ki, bir neçə gün öncə Bakıda müşahidə olunan küləkli hava şəraitində bir neçə mərtəbəsi qaldırılmış binanın üzərində heç bir təhlükəsizlik kəməri olmadan işləyən işçilərin həyatlarına yaranan təhlükə, necə deyərlər, göz deşir. Görüntülərdən də bəlli olduğu kimi, tikintidə çalışanların nə baş geyimi var, nə ayaqlarında qoruyucu ayaqqabı, nə əllərində əlcək, nə gözlərində eynək. Bütün bunlar isə onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olmaqla yanaşı həm də şirkətin tikintidə təhlükəsizlik qaydalarını, əmək qanunvericiliyinin müvafiq müddəalarını kobud surətdə pozması deməkdir. Məsələ ilə bağlı şirkətin bannerlərində göstərilən nömrə ilə əlaqə saxlasaq da, telefona cavab verən şəxs baş ofislə əlaqə saxlamağı məsləhət gördü. Baş ofisin nömrəsini istədikdə isə indi kənarda olduğunu, bir azdan zəng edib deyəcəyini bildirdi. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, hələ ki, qarşı tərəfdən cavab almamışıq. VİDEO BURADA Geri qayıt |