Əsas Səhifə > Siyasət, Manşet > "Rəvan Sığorta" Qarabağ əlilini hədəfə alıb...

"Rəvan Sığorta" Qarabağ əlilini hədəfə alıb...


18-09-2018, 09:19
"Rəvan Sığorta" Qarabağ əlilini hədəfə alıb...
DİA.AZ: - Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Əvəz oğlu Abbaszadənin pensiyasının yarısınını da “özümüzünkülər” aparır. Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.

Məlumatda daha sonra qeyd olunur: "“Maşın şou “nu maliyyələşdirən “Nurgün Motorsun “ törəmə şirkəti “RƏVAN SIĞORTA”nın həmin “Nurgün”də 10 min manatlıq saxta defekt aktı tərtib etməklə Qarabağ əlilini əlavə xəstəliyə -şəkərə yoluxdurmasına hüquqi qiymət verilmədiyindən əlil Nərimanov məhkəməsində iddia qaldırıb. Vergilər Nazirliyinin yoxlaması Qarabağ əlilinin şikayəti əsasında “ana-bala” şirkətlərə maliyyə sanksiyası tətbiq etməsi bu şirkətləri necə qəzəbləndiribsə, başqa məhkəmədə eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda, gizlincə Sabunçu məhkəməsində əlilə qarşı eyni predmet üzrə iddianı icraata götürdüblər.

Qarabağ əlili də qarşılıqlı iddia qaldırıb “əlil maşı”nının dünyasını dəyişmiş yiyəsindən-şəhiddən saxta ödəniş tələb edilməsinə hüquqi qiymət verilməsini tələb edib. Sabunçu məhkəməsinin (hakim İmran Burcayev) “RƏVAN”ın sifarişilə qarşılıqlı iddianı görməzliyə vurub və şəhidə qarşı qaldırılan iddianın cavabdehin ölməsi nədəni ilə maşına və olaya aidliyi olmayan Xaliq Abbaszadənin ünvanı üzrə Suraxanı məhkəməsinə “aidiyyatı “ üzrə göndərilməsi barədə qərardad qəbul edib. Qarşılıqlı iddiaçı bu qərardaddan şikayət verib və Bakı Apellyasiya Məhkəməsi 18.08.2016 tarixli qərardadla əlilin şikayətini təmin etməyib.

Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadından Ali Məhkəməyə kassasiya şikayəti verilib .9 aydan sonra -16.05.2017 tarixli qərardadla Ali Məhkəmənin İlqar Dəmirov, Əli Rüstəmov, Tatyana Qoldmandan ibarət üçlüyü apellyasiya instansiyasının qərardadını qüvvədə saxlayıb. Yəni ali instansiya aidiyyatı 2017 -ci ildə müəyyən edibsə, bundan bir il qabaq 28.11.2016 tarixində işə mahiyyəti üzrə baxılmasının mümkün olmazlığının sübuta ehtiyacı yoxdur . Qarabağ əlili ilyarımdır Ali Məhkəmənin qərarının icrasını gözlədiyi halda, gözləmədiyi özbaşınalıqla üzləşib. Səhiyyə Nazirliyinin rəyi ilə xaricdə müalicəyə getməyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF ) vəsait ayırmadığından reabilitasiya vasitəsi olan avtomobilini satmağı qərara alan əlilə maşının həbsdə olduğu bildirilib. Heç demə Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyev yol polisinə Qarabağ əlilinin maşınına həbs qoyması haqqında məktub veribmiş. Həbs barədə məhkəmə qərarını tələb edən əlil bu dəfə pensiyasından 50 faiz tutulmasının şahidi olub. Heç bir xəbərdarlıq, sənəd ,məhkəmə qərarı olmadan DSMF avqust ayında əlilin pensiyasından 175 manat kəsib".

Daha sonra dia-az.life-a göndərilən məqalədə bildirilir: "Ali dövlət hakimiyyəti, hüquq-mühafizə orqanlarına müraciət edən Qarabağ əlili 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində də pensiyasından məhkəmə qərarı olmadan 50 faiz tutan DSMF -in Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia qaldırıb . Konstitusiyanın 29 -cu maddəsinə görə, mülkiyyət toxunulmazdır və məhkəmə qərarı olmadan əmlakın, özəlliklə əlilliyə görə pensiyanın müsadirə edilməsinə yol verilmir. “Əmək pensiyaları haqqında “ qanun əsasında “işini görən” DSMF -in sözügedən idarəsinin isə nə bu qanundan, nə də Konstitusiyanın özündən xəbəri yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit şöbəsinin müdiri Heybət İmanov əlilin şikayətini 2 günə araşdırdığını və icra məmurunun məktubu (??) ilə Qarabağ əlilinin pensiyasından avqust ayından 50 faiz “RƏVAN”a ödənildiyini bildirib. Məktub əsasında əlilin pensiyasının yarıqat edilməsi yəqin yeni qaydadır. “Əmək pensiyaları haqqında” qanunda pensiyadan tutulmanın yalnız məhkəmə qərarı əsasında mümkünlüyü təsbit olunub, ƏƏSMN yetkililəri məktub əsasında Qarabağ əlilinin pensiyasını kəsmələrini əsaslandırırlar".

dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt