Əsas Səhifə > Siyasət, Manşet > Bu bank da səhmdarlarına fırıldaq gəlir...

Bu bank da səhmdarlarına fırıldaq gəlir...


10-09-2018, 10:50
Bu bank da səhmdarlarına fırıldaq gəlir...
“Günay Bank” ASC son 5 ildə səhmdarlarına dividend ödəməyib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Qeyd edək ki, bank ötən ili 3,55 mln. manat xalis mənfəət etməsinə baxmayaraq balansında illərdir yığılıb qalmış 7,48 mln. manatlıq yığılmış zərər qalmaqdadır.

“Günay Bank” ASC 64,91 mln. manatlıq sərbəst olmayan nizamnamə kapitalına malikdir . Bankın səhmlərinin 50,81%-i Mahmud Məmmədova , 38,94%-i Yeganə Şirinovaya, 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya, 1,31%-i Ceyran Ələsgərovaya, 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, yenə də 1,1%-i Əhəd Şirinova , 0,63%-i isə Əhməd Mehribaniyə (Fransa) məxsusdur.

Səhmdarları sığortadan daha çox xeyir görür

Məlumata görə, ötən ildə 2016-ci ildə əldə olunmuş mənfəətdən Mahmud Məmmədova 11448,67 manat, Yeganə Şirinovaya 49585,62 manat və Xanım Məmmədovaya (M. Məmmədovun bacısı) 7 892,07 manat divident ödənilib.

Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətinin emitent üzrə illik hesabatında deyilir.

Qeyd edək ki, “Günay Sığorta” 7,7 mln. manat nizamnamə kapitalına malikir. Yuxarıda qeyd edilən hər üç səhmdar Sığorta Şirkəti ilə bərabər “Günay Bank” ASC-dəki səhmlərdə də pay sahiblərdir. Belə ki, M. Mahmudov adıçəkilən bankın əsas səhmdarı olmaqla 50,81% səhm pay sahibidir. Digər iki nəfər – Y. Şirinova 38,94%, X. Məmmədova isə 2,31% pay sahibidir.

Geri qayıt